Bir vaxt gec olacaq
Bir vaxt gec olacaq,peşimançılıqHücuma keçəcək hər ikimizə.Bir səadət kimi görünəcəkdirOnda bu söz-söhbət, bu mübahisə.Onda deyəcəyik: bir görüşəydik,Yenə başlayaydı mübahisələr.Yenə hər ikimiz haqlı olaydıq,
Susa bilməyəydik səhərə qədər.Mən səni danlayıb haqsız edəydim,Haqsız eləyəydin sən də ki, məni.Onda çox güman ki, aynlmamaqçünSübhədək kəsməzdik mübahisəni.
Kitabxana.az · https://kitabxana.az/en/works/eli-kerim-bir-vaxt-gec-olacaq
Use ← → keys to move, R for a random poem