Ölüm xəstəxanadaZəhləmi tökdü mənim.Əvvəl çırpındı qəlbim,Üşüdü də bədənim.Uzanıram... "tıq!"... qapı...Durub gəzirəm, - "taraq".Lap qır-saqqıza dönüb,İş-gücü buraxaraq.Hey gəldi, getdi, baxdımOna gülümsəyərək,Öyrəndim ilantutanİlana alışantək.Həftə keçdi, gəlmədi.Qapı-bacaya baxdım.Doğrusu, dostum üçünBir qədər də darıxdım.Dedim, bircə gələydi,Gəlib görəydi məni.Köçünü birdəfəlikBu yerlərdən sürəydi,Yuxuda gördüm onu:Boylandı sola, sağa,Girdi ən axırdakıAh-uf gələn otağa.Durub getdim...ZəhərliDili lap bal dadırdı,Bir sadəlövh, bir gözəlGəlini aldadırdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets