Metronun yaylı qapıları
Adam var bu qapıları açar,Bir azsaxlayar, deyər:"Birdən,Arxadan gələnə dəyər".Bəzənheç dönüb baxmaz daHeç özü bilməz dəKimdir: dostdur,yoxsa düşmən.
Qapını yavaş-yavaşburaxar əlindən.Eləsi də olur ki,Tələsik özünü içəri soxur,Elə bilHeç arxada adam yoxdur.Kimliyi yazılmayıb ki,insanların alnına.QapılarAçılır, örtülür,Gah sürətlə,gah asta;Gah bu geniş dünyaya,gah da yerin altına.
Kitabxana.az · https://kitabxana.az/en/works/eli-kerim-metronun-yayli-qapilari
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər
Uca dağların başındaUca dağların başında,Duman olu, çiskin olu.
Əqlim olursa mane bu eşqi-purhicabəƏqlim olursa mane bu eşqi-purhicabə,Gəlməz fəqət bu eşqin sevdaləri hesabə.