Yenə poçtalyonu GöyçayımızınÇinarlı yollarla gəlib şən keçir.Düşünür: "Gör neçə oğlanın, qızınEşqi, məhəbbəti əlimdən keçir".

Yaşı əllisə də, demə, qocadır,Pionerlərə də o, salam verir.Görkəmdən vüqarlı, boydan ucadır,Qabarmış köksünə yaxşı baxın bir.

Rayonun hər böyük, hər kiçik yoluÖmür dastanının misralarıdır, -Gəlin təbəssümü, ana "sağ ol"uOnun dövlətidir, onun varıdır.

Bu yerlər qəlbinə tanışdır, tanışÖz həyəti kimi, bağçası kimi...Bəlkə hər qapını min dəfə açmışMahud pencəyinin yaxası kimi.

Yükü el salamı, el məhəbbəti,Bir yüngüllük duyur ağırlığından.Körpə uşağın da gülür niyyətiYüyürüb məktubu alanda ondan.

Biri uzaqdan da ötüb keçəndə,-A Qurban, - deyərək onu haylayır.Bir üstü möhürlü zərfin içindəMəhəbbət gətirir, sevinc paylayır.

-Məktub gecikməsin, - dediyi zamanOna çox həyəcan, çox həvəs gəlir.Daim qulağına meşin çantadanNeçə salam gəlir, neçə səs gəlir.

Bir səs - ana! - deyir, biri - sevgilim!Biri - kəndimizdən salamlar sizə!Biri də söyləyir - gəl, mən de gəlim,Bacım Zərifədən salam var sizə!

Uzun danışmaq da adəti deyil,Hər kəsə sözünü tez deyib gedir.Çantası səsləyir onu elə bil,O da çantasını dinləyib gedir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets