Sən mənim haqqımda elə yazırsan,Özüm də heyrətə düşürəm, düzü.Sən ətrə,sən nura qərq eləyirsənNə vaxtsa dediyim adi bir sözü.

Hisslər içindən kiçik bir hissiTapırsan bu qədərsadəcə,asan.Yarımçıq olsa da o hissim hələ,Sən onu nə yolla tamamlayırsan?

Gözümə nur verib,qoluma qüvvət,Tökürsən başıma yaz səhərini.Necə calayırsan sən bu alnımınHəyatda qırılan cizgilərini?!

İllər müti durur qarşında sənin,Qayıdıb tökülür ömrümə birdən.Məktubun oxunur,qurtarır, heyif!Sanki birdən-birə yox oluram mən.Xeyr, yox olmuram,adiləşirəm.

Deyirəm, bəs hanı yazdığın insan?O vaxtdan düşmüşəm ardınca onun,Deyirəm hardasan?Ey! De hardasan?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets