Muğamı dinləyirəm
Ürəyimdə sevinc, qəm –Muğamı dinləyirəm.Həm isti, həm soyuqdan,Həm kölgə, həm işıqdanYaranmış bir xoş aləm...Çarpazlanan əllərimbaşımın altındadır,Təbəssüm dodağımda,qırışlar alnımdadır.Tanrı sarı simindən dönə-dönə səs qopur.Qəm qopur, sevinc qopur,Söz qopur.Dönə-dönə o səslərÜrəyimə tökülür,Könlüm simi titrəyir,inildəyir,sökülür.Kamanın səsi titrək,
Kamanın səsi kövrəkGah ucalır, gah kəsir,Gah da coşub, tələsir,Tar səsinin dalınca,Mən xəyala dalıncaDuyuram bahar da var;Payız da var, yaz da var.Dörd fəsli birdən duyub,Bircə anın içində,Üşüyürəm, yanıramHəyəcanın içində.Həm arzu, həm iftixar,Həm təəssüf, həm vüqar,Həm səadət, həm də qəmBirdən hiss eləyirəm.Könlümdə yaz sədası,Könlümdə yaz havası.Könlümdə duyğularınRəngbərəng,Aydın, qəşəngQövsi-qüzehi vardır.Könlümün bir yanı isti,Könlümün bir yanı çiçək,Könlümün bir yanı çisək,Könlümün bir yanı qardır.Səs ucalır, ucalır,Dağları yada salır.Səs qayıdır yerə...Gözə gəlir göy, dərəNeçə yerdən odlayır ürəyimiFüzulinin qəzəli.Arzuları oyadır,Bulaq üstdən qayıdır.Başda - yelənmi tir-tir əsən,Üzdə təbəssümdən - ay.Azərbaycan gözəli.Dünənin dərdi, qəmi.
Bu günə də arzusan,Sabahınsa vüsalı.Bir hiss olubSevinc yaşı, qəm yaşı,Dodaqlarda birləşir.Ürəyim, nə var yenə!Ürək, döyünmə belə!Duyan sən, səs salan sən,Qoy eşidim,Nə olar, bir az yavaş döyünsən!Ürəyimdə sevinc, qəm –Muğamı dinləyirəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/eli-kerim-mugami-dinleyirem
Use ← → keys to move, R for a random poem
More by this author
Xeyr, uşaqlığımı atdım nə göy çəməndə,Nə dağda oynayanda, nə Göy çayda çiməndə.
Qaytar ana borcunuBir gözəl, bir sevimli oğul böyütdü ana.O bəd, uğursuz günü - ərinin öldüyünü
Barışma kədərləBarışma kədərlə,Hər şeyə biganə olarsan.
Gecə uşaqlar yatırGecə uşaqlar yatır...Mən, tənqidçilərin
Poems by other poets
Mühərrlrlərimiz**Şeyx Hüseynİn görse Mirxaniyan “Bəyanül-həqqi”ni,
TəbrizBaşına döndüyüm bəylər, ağalar,Oğrulu ocaqdır alı Təbrizin,
Gör nədirMən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,
Mürəbbe: Bülbülə gülşəndə rəngü-ruxsarınBülbülə gülşəndə rəngü-ruxsarın,Göstər gələn münca olmasın həris,