Fəhlələr yol ayrıcındagörüşdülər;Sevindilər yamanca...Sonra hərəsi bir tərəfənecə gəldi:Böyrü üstə,Beli üstəTökülüşdülər otlu yamaca.Sorğu-sual etmədilər:Hardansan?Kimsən?Atanın adı?Fəhləydilər;Bu tanıdı,O tanıdı.Kimin nəyi vardı, çıxardı:çörək, kartof, yumurta.üzrxahsız təbəssüm,bir də başından içilmiş çaxırdı.Ötürüb boğazdan aşağı,Tərif demədilərBəzilərimiz kimi boğazdanyuxarı,Yedilər ləzzətlə -Baxmadılar bişmişinə, çiyinə.Hərdən qüvvətli əl qonduDünyanın dayağı bir çiyinə.Söhbətlərində bir iz yoxduNə "sən, sən"dən,Nə "mən, mən"dən.Sonra bir-birlərinəNeft iyi verən "Pamir"uzatdılar,Xahişsiz,

Sözsüz,Səssiz,Sümürdülər ləzzətləTüstünü,Neft iyini,Dincliyi.Bir də lal dostluğun ətrini.Ayrıldılar.Demə ayrı oldular.Nə onlar qışqırıqçıydı,(Nə də çəkdim mən zilə),Sakit-sakit addımladılarDünya boydaSəmimiyyət adlı bir mənzilə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets