Aut
Dərslər sona yetir...O dəqiqəTökülür keçmişə mühazirələr.İndi başlanacaq yenə voleybol,
Torun ətrafında mühasirələr.Topu dolduraruq ağızla bir-bir,Deyəsən, hamının artır nəfəsi.Axı, ucalacaq o gözəl qızın,"Nə oldu? Tez olun! Başlayaq!" səsi.
Hamı istəyir ki, onunla ola,Hamı bir-birini yaman aldadır.O gülür: - Çox oldu oyunçuların,Axı, komandada say ki altıdır.Əlacsız qalır o...Utanır bir az.Demir bu yarayar,ya o yarayar.Mehriban əlinin sərt əmri iləBizi bircə anda bölür yarıya.
– Yaxşı komandaya düşdünüz, - deyə,Məni ovundurur xoş tərifində.Ekvator çəkilir araya tordan,Qalıram dinməzcə yad tərəfində.
Həsrət alovlanır neçə baxışda,Ürək korun-korun yanır,göynəyir.O qız oynadıqca tarım çəkilir,Gözündən ərkanə məzəmmət yağır.Qız topu vurandabilinməz qəti,Kiminçin göndərdi,ünvanı nədir.Baxışlar şaxıyır, gözlər alışır,Hər oğlan düşünür: yəqin mənədir.Bir gün hamı gördü o, pis oynayır,Nə olub bu qıza, nədir səbəbi?Doğrusu, hamımız düşdük həvəsdən,Hamı məyus oldu, hamı əsəbi.
Hamı yerindəydi...Aşağı kursdanBir oğlan getmişdi başqa şəhərə.Demişdi gördüyü bir dostuna ki,O, bir də qayıdıb gəlməz bu yerə.O qızdan bir aydın cavab almadım,Mən buna heç zaman dözə bilmərəm.Kimi sevdiyini bildirməz niyə?Həmin meydançaya bir də gəlmərəm.İndi qız oynayır, məyus, mükəddər,Əlinə top keçdi,vurur kənaraBəzən fikrə gedir,durur,düşünür.Top gəlir,O vurur uzaq yollara.Atır haradasa gedən qatara,Hardasa yol gedən bir təyyarəyə.Vurur xam torpağa,Kəndə,şəhərə,Oğlan topu alıb qaytarsın deyə.Heç kim də xətrinə dəyməyir onun.O, bundan utanıb fikirli durur.O, bir vaxt oynardı nə qədər gözəl,O, indi topları auta vurar...
Kitabxana.az · https://kitabxana.az/en/works/eli-kerim-aut
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Məşədi Sijimquluya cavab**Sijimqulu, eyləmisən məsləhət,
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
DərdimiBabat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi
Anlagil eşq nədir, dinlə, nə mənadır buAnlagil eşq nədir, dinlə, nə mənadır bu!Badeyi-lütfı-xuda, bəxşişi-mövladır bu!