Oğru və anası
Bir məktəbli oğurladı bir vəqtiYoldaşının kitabının xəlvəti.Evlərinə gizlin onu gətirdi,Öz istəkli anasına yetirdi.Validəsi oğurluğun anladı,Yavrusunu nə qarğadı, nə danladı.Öz tutduğu işdən uşaq xoşlandı,Bundan sonra oğurluğa dadandı.Fikr eylədi: “Nə yoğurdum, nə yapdım,Əcəb işdir, hazırca kökə tapdım”.Kəsb etmədi, cib kəsmək adət etdi,Quldur oldu, ev kəsdi, qarət etdi.Oğrulara yar oldu, yoldaş oldu,Quldurlara, qaçaqlara qoşuldu.Bir iş üstə axır müqəssir oldu.Divanbəyi hökm eylədi, tutuldu.Qanun üzrə mühakimə olundu,Fərman çıxdı, asılsın, hökm oxundu.Zavallı ta cəzasını dinlədi,İzn istədi, bir neçə söz söylədi:...Ay hakimlər, müqəssirəm, doğrudur,Həqiqətdə mənim anam oğrudur.Əvvəl dəfə oğurluğa uyarkən,Yoldaşımdan kitab oğurlayarkən,Etsə idi anam məni məzəmmət,Olmaz idim indi bu növ bədbəxt.Mənə anam belə olmuş müdəbbir,İnsaf ilə deyin, kimdir müqəssir?
Kitabxana.az · https://kitabxana.az/en/works/sehhet-ogru-ve-anasi
Use ← → keys to move, R for a random poem
More by this author
Bir pərdəli pyesƏFRADİ - MƏCLİS
Şeyx SədiSədi, əya şairi-şirinkəlam!Xabgəhin rövzeyi-darüssəlam.
Xacə HafizHafiz, ey mürşidi-sütudəsiyər!Hafiz, ey ustadi-şerü hünər!
“Ey könül, yatmagilən, dur gözün aç, bidar ol!”Ey könül, yatmagilən, dur gözün aç, bidar ol!Xabi-qəflətdən oyan bir, bu zaman hüşyar ol!
Poems by other poets
Dəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
Mürəbbe: Bülbülə gülşəndə rəngü-ruxsarınBülbülə gülşəndə rəngü-ruxsarın,Göstər gələn münca olmasın həris,
EllərəMüshəf açdım, əlif gəldi falımız,Dal oldu gedəlim bizim ellərə,
Barilahim qismət etmişBarilahim qismət etmişYaxşı yoldaşlan məni,