Sərçəni bir qırğı edərkən şikar,Bir tələyə oldu qəzadan düçar.Cütçü görüb tutdu onu ol zaman,Qırğı gəlib naləyə etdi fəğan,Söylədi: “Rəhm eylə, məni qıl xilas,İcz ilə səndən edirəm iltimas.İstər idim ovlamağa sərçəni,Sən niyə nahaq yerə tutdun məni?Verməmişəm mən ki, xəsarət sənə,Sən də dəxi vermə əziyyət mənə”.Cütcü baba böylə deyib qeyznak,Eylədi ol qırğını ol dəm həlak.Xəlq ilə hər kəs necə rəftar edər,Haqq onu ol dərdə giriftar edər,Yaxşılığa yaxşı cəzalar alar,Pisliyə həm dürlü əzalar alar.Səy elə əxlaqını qıl xubtər,Xülqi-həsən sahibi ol, ey pəsər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets