Gülüş vardır səslərinə tuncəkslər yapdırır,Gülüş vardır könülləri ruzgarlara qapdırır.Bəzi tikər könüllərdə alovlardan bir məbəd,İllər boyu atəşinə insanlığı tapdırır.

Bürünərək çoxu ipək füsunlu bir çarşafaSaçır büllur təbəssümlər, əyləncələr ətrafa.O pərdəyi parçalasaq can atarız nəhayətVə başlarız göz yaşları aləmini təvafa.

Gülüş vardır dodaqaltı, gülüş vardır müstəhzi.Zəncirləyər uçanları halqalandıqca bəziBəzi sıçaq görüşlərə doğru yollar göstərir.

Fəqət onun gülüşləri bir qönçəyə yaslananRəngsiz parlaq jalələrdən nümunədir, hər zamanGənc ömrümə yüksəlməkçin qanad verir, can verir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets