Hər tərəf buz içində, buzdur hər tərəf,Qorxur günəş də orda olmasın tələf,Yan verib keçir,Üzünü qorxa-qorxa göstərib keçir.Dağ buzlar, qaya buzlar, sıldırım buzlar...Görməmiş bir alovlu ildırım buzlar.Əsrlər yatağında səssiz yatalı:Buzlar xatalı...Keçdi Amundsenin də axır çağlarıOrda, nə dəhşət!Qəbrinin barmaqlığı buz saçaqlarıOldu nəhayət.Çox zaman bu iqlimə, araq daşıyanAmerkanın taciri oldu müştəri.İstərdi ki, bu yerdə qursun aşiyan,Dondu əlləri.Gözəl xəz var, kömür var uzaq şimalda,Aparsınmı yad ellər bu sərvətləri?Qoy “Krasin” gəmisi əlində balta,Qoşsun iləri!Qırsın, kəssin, doğrasın, ta ki, bu yollarYolçuları salmasın qorxuya bir də.Düşmən şad olar,Qatarımız ləngisə uzaq Sibirdə...Bu yol, bu uğurlu yol, ayaq dəyməyənSoyuq, gizli çölləri çəkəcək işə,Yen, ey insan arzusu, təbiəti yen,Düşmə təşvişə!Ey vaxtilə gülməli əfsanələrdənZövq alaraq divlərə heyrət edənlər!Ya kimdir şimaldakı taqi-zəfərdənKeçib gedənlər?!Alqış bu insanlığa yeni yol açan,Yeni əməl uğrunda çarpışanlara!Salam buzlu çöllərə işıqlar saçanKəhkəşanlara!..Alqış bu təbiəti gözəlləndirənİnsanlığın əbədi iqtidarına,Onun, yeni cahana yeni ruh verənİstismarına!..Mən nə deyim, Çelyuskin nəfərlərininHəyəcana sığarmı qəhrəmanlığı?Nə böyükdür o səma əsgərlərininCanfəşanlığı!..Gördüm qızıl xətlərlə iş kitabındaEy Şmidt, yazdırdığın böyük şanları.Gəlsin, çalsın bir Homer öz rübabındaBu dastanları!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets