O zaman ki, üfüqlərə bəziniz dalarQəlbən sizi pək sevərim, yolçu buludlar.Bu gün yenəƏllərimi sizə doğru qaldırdım,Bu əməldən nə saldırdım?Əvət, heç nə!

Tutqunsunuz, qəlbinizdə yoxsa varmı sancınız?Bu hərcayı gəzişdən nədir ya qazancınız?Buludlar, buludlar,Pərişan buludlar,Başımın üstündə kişnəyibYarışan buludlar!

Bəziniz çox kəsif,Bəziniz pək xəfifBuludlar, ey dolğun qədəhlər,Göylərin ovcunda bir yel əsincə titrər,ƏsərsinizNədən siz?

Sizi ruzgarmı çaldı, onunçunmu soldunuz?Onunçunmu dəyişdiniz, darmadağın oldunuz?Qaçdınız ağlaya-ağlaya,Döndünüz bir şəffaf parçaya.

Bəziniz çox yüngül efir qanadlı,Bəziniz paslanmış dəmir qanadlı,Nə bu qadar göy üzündə gəzərsiniz?Özünüzdən çıxan zaman,İzinizdən çıxan zamanHəqiqətən sevgilimə bənzərsiniz!

Ey coşqun gəncliyim, ey havalı quş,Oxuduğum şərqi dinlənməz olmuş.Ey şeir yazmaqla keçən günlərim,Siz ki ən vəfalı günlərimsiniz.Baxıb buludlara gülümsəməkçin,Sevgi nəğmələri bəstələməkçinMənə müsaidə verərmisiniz?

Çünki keyfim kökdür, damağım çağdır,Şimşək çaxdırmaya mən də hazıram,Buludlar başında partlayacaqdır,Könlümdə qıvrılan böyük ildırım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring