Mənim beşilliyim
Hər kəs öz işini sona yetirdi,Kimsə bu dünyada arzu qoymadı.Kimi yer altından xəbər gətirdi,Kimi uçdu göyə, yenə doymadı.Ellər muradını aldı zamandan,Bizə könül sözü qaldı zamandan.Gözəldir bir uca əməl bəsləyib,Bu əməl uğrunda qan-tərə batmaq.Gözəldir günəşi, ayı səsləyib,Onları da bizim dəstəyə qatmaq.Dövranla əl-ələ vermək yaxşıdır,Hər bağdan bir çiçək dərmək yaxşıdır.Görməkçin özünü hər kəs ilərdə,Bir məqsəd uğrunda göstərir hünər.Çarpışıb havada, dənizdə, yerdə,Hər döyünən ürək bir əməl bəslər.Hayıf, ömür qısa, arzu genişdir,Kim bu qayğı ilə titrəməmişdir?!Bu vəfasız ömür, bu coşqun dərəGərək boş-boşuna axıb keçməsin!Bu gözəl cahanı sanıb pəncərə,Hər gələn sadəcə baxıb keçməsin!Gəlin, arzumuza çatalım, dostlar!Dağları dağlara qatalım, dostlar!Ayrılıb arzumun kəşməkəşindən,Gizlənmə könlümdə sən də, ey ilham!Gah batan, gah çıxan qış günəşindənDərs alıb, dayanma gendə, ey ilham!Niyə mən istəyən olmasın, niyə?Mənim beşilliyim dolmasın, niyə?
Kitabxana.az · https://kitabxana.az/en/works/musfiq-menim-besilliyim
Use ← → keys to move, R for a random poem
More by this author
Eşq olsun o titrək baxışlarındaAçan çiçəklərə, açan güllərə.
Nə deməkdir?Çoxdandır çalınmayır divardan aslı tarın,Tutqun bir ürək kimi telləri paslı tarın,
NeftDün şövq ilə mədənləri gəzdik;Çox baxdı buruqlar bizə dik-dik.
N.Ostrovski üçünDağlarda, daşlarda bir qartal kimiSarpdı yorulmadan qanadın sənin!