Zuvanddan gəldiyi bir ay olardı...(Onun bir dumanlı keçmişi vardı).Bulduğum bu qoçaq, yeni qəhrəmanOlmuş xəyalıma, fikrimə mehman.Dostumun şöhrəti Nəsib ağaydı,Köhnə müəllimdi, adı Sadaydı.Göycə mahalının bu nəcib oğluBir gün Gürcüstana gedilən yoluTutaraq, Qoridə almışdı təhsil,Mənim qəhrəmanım xəyali deyil.Bir müddət buraxıb Azərbaycanı,Elmlə bəzədi Türkmənistanı.Qorxunc cahan hərbi nərildəyincə,Dünya bir-birinə çaxıb, dəyincə,Gəlincə ölkələr pəncə-pəncəyə,Mənim qəhrəmanım qaçdı Gəncəyə.O bir müəllimdi; o zaman gərək,Dostum bir firqəyə verəydi ürək.Lakin bu şeylərə yaxın durmadı,Siyasət uğrunda qafa yormadı...“Müəllim babayam, mana nə firqə?Mənim yolum başqa, məsləkim başqa.Rəngdir bu dunyada hər firqə bir şey,Əlinə düşəni ordaca bas, ye!..”Deyə qəhqəhəylə gülürdü dostum,Uğunub, gülməkdən ölürdü dostum.Ölkədə inqilab nərəsi qopdu...Köhnə əqidələr, sanmayın, hopduYerin nəhayətsiz dərinliyinə...Yaşayırdı əski insanlar yenə...Bəzən məndən uzaq, bəzən yanımdaYaşayırdı mənim qəhrəmanım da.Ancaq, keçmişdən söhbət düşürkən“Eh!” – deyib dizinə vurur ürəkdən.Sovrulan bir aha dönür sözləri,Kəlləsinə çıxır xırda gözləri.“İndi müəllimlik hamballıq demək,Havaya sovrulur çəkilən əmək..Keçmişdə müəllim ağaydı, ağa!..”Deyərək, gedərdi xeyli uzağa.Gözləri yıldızlı bir yaz gecəsi,Xəfif küləklərin şirin ləhcəsiBir ney dili kimi açılan zamanDallarda yarpaqlar əl çalan zamanBir evdən gəlirdi nəşəli səslər,Nəşəli səslərdə sıcaq həvəslər...Büllur qədəhlərin öpüşməsini,Kaman naləsini, tar nəğməsiniÜrkmüş dinləyirdi, gecə yolları,Gecənin kimsəsiz incə yolları.– Çal! Dönüm gözünə!– Çal!– Ay qız, oyna!Qurban olum sənin uzun boyuna!Ala! Bu çervonlar, ala bu pullar!Ala! Zibil kimi; nə dərdimiz var?Maarif şöbəsi sağ olsun, canım,Tək xiffət çəkməsin mənim ceyranım,Deyərək, qədəhin getdi dibinə.Əlini salarkən yenə cibinə,– Saday, yetər, yetər!..Qalxdı bir nəfər.– Bu qədər özünü itirməz insan!Onun söz tutmayan dodaqlarındanBir sərxoş qəhqəhə qopdu, yayıldı,Yuxudaymış kimi, birdən ayıldı.Bu sayaq, Gəncədə işlədi, dostum...Bir sabah qəzetdə, olduqca məşum,Uğursuz bir xəbər oxudum – əvəMənim qəhrəmanım etmiş xəyanət,Hər gün vur-çatlasın, hər gün vur-haray!Nə bilim nə qədər pul yemiş Saday?Bütün varlığilə bir qızı sevmiş,O qız da özünün talibəsiymiş.Bir an ayrılmazmış onun izindən,Dərs dediyi yerdə getmiş özündən...Bu hal pisikdirdi onun ruhunu,İti qovan kimi qovdular onu,Gəncədən basdılar qəhrəmanımı,Bu iş “çox qaraltdı” mənim qanımı.Bilsəniz Bakıda bir gün nə gördüm?Gördüyüm adama tərəf yüyürdüm:– Salam!– Paho, salam!– Balam, necəsən?!Söylə, nə var, nə yox bizə Gəncədən?– Gəncəni büsbütün buraxdım.– Niyə?– Çevirməm üzümü bir də Gəncəyə.Hamı bisavaddır, hamı biədəb.Qəza intiriqa yuvasıdır həp.Onsuz da, Bakıda iş yeri çoxdur,Kimsənin kimsədən xəbəri yoxdur.Bu saat rabfakda çalışıram mən;Şeytan da baş açmaz mənim işimdən.Mənim əlimdədir məktəbdə hər şey.Əlinə düşəni ordaca bas, ye!Bir gəl bizə sarı, yaxşı evim var,Şikarnı, balkonlu, geniş otaqlar..;Sən öl! Bir tələbəm tapmışdır mana.Keçən sülüs zəif vermişdim ona,Bu yolla ödədi o da borcunu.Sən öl! Bir ikmala tutmuşam onu.Di, sağ ol!– Hələlik!Ayrıldım ondan...Bir gün eşitdim ki, yenə qolundanYapışıb, atmışlar onu dişarı;Meydana çıxmışdır oğurluqları.Bu dostum rabfakda çalışan zaman,Məktəb zavxozuymuş, edirmiş “siçan”.Burdan da basdılar qəhrəmanımı,Yenə “qaraltdılar” mənim qanımı.Bir gün qəhrəmanım əlində çanta,Görüncə: – Gedirəm, – dedi, – fronta.Zuvand rayonuna soyuz göndərir;Qorxma, işlər yenə öz yerindədir, –Deyə qəhrəmanım mindi vapora...Ürəyimdə: “Bir gün düşərsən tora!..”Xayır, qəhrəmanım aciz deyildir,Acizlik naminə cayiz deyildir.Danışsa od yağar dilindən onun,Şeytan da qurtarmaz əlindən onun.Öz-özümə fikrə gedəndən sonra,Dedim: – “Cahan düşər, o düşməz tora,Onun yapmadığı kələk qalmamış,Boş yerə aferist namı almamış”.Mənim qəhrəmanım yola düşəndənBir neçə gün sonra dərsdən dönərkən,Bir əski yoldaşım qarşıma çıxdı,Mehriban-mehriban əlimi sıxdı.– Dostunun işindən xəbərin varmı?– O qədər dost var ki, saymaq olarmı?Hansı dost, nə bilim?– Saday mirzədən.– Onun işlərini varmı bilməyən?– Doğrudan da yaman fırıldaqçıdır;Öylə yaşayışdan ölüm yaxşıdır!Müəllimlik hara, oğurluq hara?Atdılar rabfakdan onu bayıra.Neçə yol məktəbdən şey-şüy aparmış,Məktəbdən nə isə yenə qoparmış.Nəhayət haqlayıb tutmuşlar onu;Bütün məktəb bilir oğurluğunu.Bu iş yaraşarmı bir müəllimə?!Dedim: – Bu sözləri deyirsən kimə?Bir də bu kəlməni dilinə alma,Onu hər yetənin ağzına salma!Düşün, mənim dostum “yaxşı kişidir”,Zuvandda maarif müfəttişidir.– Canım, nə deyirsən?– Sən öl!– Vay, hərif!Davama başladım mən xəfif-xəfif.– Bəli, – dedim, – onu kimsə göndərmiş,Dostuma bir məsul vəzifə vermiş.Aferistlik onun köhnə işidi;Zuvandda maarif müfəttişidi.Çəkir iki aklad dərsin yukunü,Aparır Şekayım müdürlüyunü.Metodik işlər də ona baxırdı,Müxtəsər su kimi çervon axırdı.O hər ay min manat maaş alırdı,Çox zaman ovlaqda yatıb qalırdı.Ovçuluq dostumun köhnə sənəti,Hər zaman, hər yerdə budur söhbəti.Söz düşəndə deyir: – Gərək dədəmdənİrsiyyət qanunu mövcibincə mən,Bir şey öyrənəydim, bir şey alaydım,Ta ki, öz atamın oğlu olaydım.Atamın bildiyi bir şey vardı – ov;Əldən saldı onu qırqovulpulov;Kişi var-yoxundan keçdi bu yolda.Bəli, mənim kimi fərli oğul daAtanın yolundan çıxmaz bir addım.Mən bu sənətimdə ona oxşadım,Deyərək, dostumun dişi ağarır,Çılqın bir qəhqəhə havanı yarır.Dostum ovçuluqda olduqca pərgar,Onun, Tirmə adlı bir ov iti var.Gözunə döndüyum, Tirmə, nə Tirmə,Kişmir tirməsini yada gətirmə.Dərsdən gələn kimi Tirməyə baxır.Gözləri süzülür, ürəyi axır.Onunla oturur, onunla durur.O da məlul-məlul boynunu burur.– Çoxdanmı ovçuluq edirsən, Saday?– Öylə vaxt olmuş ki, canınçun, bir ayKollarda-koslarda yatıb qalmışam.Uşaqkən əlimə tüfəng almışam.Həyatın ləzzəti başqaydı onda,Başqa bir aləm var, qaban ovunda.Gənc bəylər, qış günü çıxardıq çölə.Görürdün ördəklər çamır bir göləSoxub dimdiyini arayır qida;Bu zaman uzaqdan nişan alıb daAtınca, vururdum bir yığın ördək.Lakin qaban ovu qorxuludur pək.Canım, indi nə var? Gecə-gündüz iş,Insan iş əlindən cəzana gəlmiş.Baş, beyin yorulur. Hər yerdə iclasÇağrılır, qurulur hər yerdə iclas.İçlasdan nə çıxar, iş gərək, canım!..Yenə də boş yerə qaraldı qanım...Mənim qəhrəmanım “gözəl işlədi”,Zuvandda şöhrəti çox genişlədi.Həftənin çoxunu ovda qalırdı,Quşların içinə şivən salırdı.Zuvand meşələri olduqca qalın...Bakıya getməsin sənin xəyalın.Göylərdə lacivərd, əlvan buludlar,Yerlərdə meşələr, boylu palıdlar.Qızılgöz ağaclar, dəmir ağaclar.Rəngin bir xalıya bənzər yamaclar.Gül gülü çağırır, çiçək çiçəyi,Sular qart dağların bəyaz birçəyi;Belə mənzərədən kim ayrılar, kim?!.Səncə, bir duyğusuz daşmı müəllim,Maarif müdiri, metodist Saday?“Ömr etmək, yaşamaq deyildir qolay,Böyük axmaqlıqdır həyata gəlmək.Gəlirkən, keyfini çəkmədən ölmək,Bəlkə axmaqlığın axmaqlığıdır.Bəlkə də insanın sarsaqlığıdır”.Dilinin əzbəri buydu Sadayın,Çox da bu sözlərə məhəl qoymayın.Mənim qəhrəmanım sərxoş oldumu,Kefi də bir qədər çox duruldumu,Qızıb bulanacaq içində kini,Ötürəcək geri içindəkini,Bir sənə işlədi Zuvandda dostum,Bir gün evlərinə düşmüşdü yolum.– Ya allah, ya allah, xoş gördük səni– İçəri gəl görüm!Girdim içəri.Başqa bir halətdə gördüm evləri:Salmış qəhrəmanım hər yana xalı,Bir o qalmış vursun tavana xalı.– Mübarəkdir! – dedim.– Sağ ol...YepyeniBir divan üstündə oturtdu məni.Önümüzdə bir daş ayna ki vardı,Saday ara-sıra ona baxardı.Sanmayın aynaya fikir vermədim,Verdim, Sabir kimi “əyri görmədim”Aynada muəllim qəhrəmanımı.– Oralar necədir?– Hara, Zuvandmı?Orası cahillər vilayətidir,Özü də dunyanın nəhayətidir.Bir mənə bax görüm, kökəlmişəmmi?Cana dolmuşammı, yekəlmişəmmi?– Sən, hələ əvvəldən yekəydin, fəqətBir az bədəninə çatmayırdı ət.Zuvandda doldurdun bu kəsiri də,Həmən kökəlmənin gizli sirri dəBir sana məlumdur, bir də ki, mana.– Çək, gəlsin!– Gedəydin Talışıstana,Görəydin nələr var, nə mənzərələr!Bir gumüş ney kimi körpə dərələrDağların dibində inləyən zaman,Həmən iniltini dinləyən zaman,Düşünə-düşünə qalın meşələrDoğurur ürəkdə büllur nəşələr.Vəhşi bir gözəllik, vəhşi bir aləm,Göy yerə aşina, yer göyə məhrəm.Hər tərəf yaşıllıq, hər tərəf orman,Dağların başında seyrək bir dumanArdında süzülur günün baxışı –Dərədə bir çayın məxmur axışı.Başqa səfası var hələ Lerikin.Çağlaya-çağlaya uca bir dikinOyuğundan bəyaz saçlı bir arslanKimi nərə çəkib çıxan, çağlayan,Altında parlayan daşı görsəniz,Vallah, şairliyə başlardınız siz.Quşlar bölük-bölük uçarkən həmən,Tüfəngi çiyninə dikləyincə sən,Bilirsən ovçuluq onda dadlıdır,Bir az qaban ovu ehtiyatlıdır.– Məktəblər necədir?– Canım, nə məktəb!Heç varmı məktəbi eləyən tələb.Oxumuş nolacaq avam talışdan,Başını götürməz hisli balışdan,Köhnələr demiş ki, talış, ay talış;Ağzına gələni danış, ay danış!Əkşi, cəhənnəmə, mənə nə var ki,Heyf deyil Bakı, can deyil Bakı.Keçmək mümkün deyil süddən, qatıqdan,Yoxsa o yerlərdə durarmı insan?..Deyib danışmamız çəkdi, uzandı,Söhbət əsnasında birdən dayandı;Aha, dur, yaxşıca düşdü yadıma,Görsən, əqlin çaşar mənim radyoma.Yeddi yüz manata almışam, – deyə,Sıçrayıb tələsik çıxdı eşiyə.Böyük bir çamadan gətirdi, açdı,Radyonun telini harasa sancdı.Bir qədər oxudu, çaldı radio.Yenə ovçuluqdan basdı, kəsdi o.Yazıq, qəhrəmanım, yazıq halına,Yenə cəfa oxu atdılar sana.Yenə dağıtdılar xanımanını,Saldılar ayağa namü şanını.İşdən çıxartdılar, həbsə atdılar,“Öz dostların” səni alıb-satdılar.Ömrün üç aydır ki, keçir həbisdə,Gözlərin yollarda, qulağın səsdə...Tökülür burunundan yediyin pullar.Söylə, sənin kimi tülkü azmı var?Lakin çox böyükdür sənin macəran,Böyükdür qəlbində açılan yaran.Sən yedin pulunu müəllimlərin,Onlar üç ay qışı olduqca dərinBir böhran içində ömür sürdülər,Bütün günahı da səndə gördülər.Sən beş radyosunu satdın Zuvandın,İşləmək yerinə gəzdin, dolandın.Sən rayon maarif müfəttişikən,Bir kənddə olmadı üzünü görən.Aldın iki aklad dərsin pulunu,Köhnə düşmənlərin tutdun yolunu.Şekayım müdirlik gözlədi səndən,Keçirtdin gününü ovçuluqda sən:“Rəngdir bu dünyada hər firqə, hər şeyƏlinə düşəni ordaca bas, ye!” –Deyərək kefləndin, gəzdin sərsəri,Səndən şikayətçi Zuvand elləri.İndi yat, yerindir, böyük dəhşətinLəkədir adına müəllimliyin.Siz ey tərbiyəçi, işıqçı ərlər!Zülmətlə döyüşə çıxan nəfərlər!Mən də müəlliməm, bir gənc müəllim,Bu yeni dünyada mənim də əlimÇömləkçilər kimi bir şey yoğurur,İnsanın fikrini yenidən qurur.Sən ey müəllimlik, bilirəm ki, sənİnqilab uğrunda nələr çəkmisən.Zülmətin yellərə sovrulmasında,Həyatın günəşdən qurulmasındaKargüzar olmusan, müxbir olmusan,Ey qoca müəllim, ey möhkəm insan!Bir qədər dərindən edilsə təhmil,Saday sənin əsil sifətin deyil.Ah, lakin sənin də içərində varMənim “dostum” kimi çuruk ağaclarOnlar müəllimlik adını alır;Düşmənin üstünə kölgələr salır.Mən buldum bunların bir nəfərini;Siz dəQovun içinizdən böylələrini.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets