Hər səhər, hər axşam, hər axşam, hər səhərÇox zaman sərsəri küləklər bixəbərBir yaxın dost kimi qapımı döyərlər,Küləklər, küləklər, bəstəkar küləklər,Dünyanı dolaşan bəxtiyar küləklər!

Bəziniz qorxulu, bəziniz qorxusuz,Bəziniz duyğulu, bəziniz duyğusuz,Bəziniz uyqulu, bəziniz uyqusuz,Küləklər, küləklər, ey sərin küləklər,Sizdə var qoxusu hər yerin, küləklər!

Ey çılğın küləklər, nəşəniz daşarkən,Bağların şehindən mey sorub coşarkən,Nalqıran dağları atlayıb aşarkən,Məni də alınız, uçaram dağlara,Könlümdə nə varsa, açaram dağlara!

Gurlayın, ilhamım, sənətim gurlasın!Fırtınam, qasırğam, qüdrətim gurlasın!Şimşəyim parlasın, zülmətim gurlasın!Ey məni sərazad bəsləyən küləklər,Bir dağın başından səsləyən küləklər!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets