Günəş ipək tellərinin sarımtraq rənginiSəhər çağı dalğa-dalğa hər tərəfə yayırkənGətirərəm xəyalıma bir al bayraq rəngini.

Düşünərək derəm, bu da, əvət bir sabah erkənBir dünyanın göylərində günəş kimi hər səhərParlayaraq ölkələrə sərpəcəkdir şəfəqlər.

Kiçik quşlar cəh-cəh vurub qonurkən ağaclaraHər bir nəğmə qardaşlaşmaq səsləridir sanıram.Şən gecələr ay işığı düşürkən yamaclaraŞuraların ellərdəki kölgəsini anıram.

Dilbər sular dalğasına dənizlərdə, göllərdəOxuyaram yeni həyat sevdasilə çırpınan,Əskiliyə üsyan edən könülləri hər zaman.

Yorğun-arğın karvanilə səhralarda, çöllərdəBəzi gecə yarı yolda qalanları dinlədim,-Hankı şeydir yolçulara nicat verən?- söylədim.

Birağızdan dedilər ki, dan yeri, dan ulduzu!Sordum, bundan gözəli yoxmu parlayanların?Dalğalandı qarşımda o vaqıt bu diyarınAl bayrağa sığınmış könül açan ulduzu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets