Çiçəklər aşiqi bir bülbül kimi,Gözüm bir bağbanın gülünə düşdü.Qəhrini çəkdiyim gülün surətiSakit xəyalımın gölünə düşdü.Orda-burda keçdi gənclik həyatım,Hər yerdən kəsildi rəhi-nicatım,Gör nə bədbaxtam ki, axırda adımHər körpə uşağın dilinə düşdü.Onunçün çırpındı qolum-qanadım,Onu yerdə deyil, göydə aradım.Gəncliyim, şərəfim, müqəddəratımBir ürkək ceyranın əlinə düşdü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring