Eşqim
Anasız, babasız Ofelya kimiSaçları pərişan bir qızdır eşqim.Qəlbimin buludlu səmalarındaTitrəyən bir qərib ulduzdur eşqim!
Olmadan aşikar doğduğu yerdən,Böyük tanrı kimi düşmüş nəzərdən,Çöhrəsi gülməyən xarabalardanDaha qəmli, daha issızdır eşqim!
Həyata baxmamış gülümsər kimi,Hər bir hadisədən bixəbər kimi,Yad əllərdə qalan yetimlər kimiBaşı bəlalıdır, yalnızdır eşqim!
Kitabxana.az · https://kitabxana.az/en/works/musfiq-esqim
Use ← → keys to move, R for a random poem
More by this author
Ruzgar… çovqun, qar, ətraf əsim-əsim əsmədə,Başlar köküsdə… lakin soqaqda bir qaraltı
FantanSonsuz gurultular arasında birGöylərə baş çəkən buruq titrəyir.
Gəzdiyim yerlərƏsrlərdən bəri, illərdən bəriDərdinə qaldığım yerdir bu yerlər.
Gecə düşüncəsiXoşladığım bir gecə, yerlər, göylər işıqlı,Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.