Əsrlərdən bəri, illərdən bəriDərdinə qaldığım yerdir bu yerlər.Biliyor saçları qızıl bir pəriQurbanı olduğum yerdir bu yerlər!

Bu gözəl aləmi gəzdikcə dağ-dağ,Oldum sevincinə, qəminə ortaq.Ey söyüdlü dərə, ey dumanlı dağ,Səfaya daldığım yerdir bu yerlər!

Qapıldım bu yerdə əyləncələrə,Anlamış hər irmaq, bilmiş hər dərə,Ya dalıb diqqətlə düşüncələrə,Ya ilham aldığım yerdir bu yerlər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets