Həyəcan
-HƏYƏCAN**
-HƏR ŞEY COŞQUNDA...**
Bu gün hər kəsdə böyük həyəcan var,
Bu gün hər çöhrədə bir xələcan var.
Hərlənir iştə beyinlər, başlar,
Hərlənir şövq ilə dağlar, daşlar,
Hərlənir ölkəmizin hər tərəfi,
Qoca ərzin böyük işlər tərəfi.
Hərlənir zərbəçi fabriklərimiz,
Hərlənir qos-qoca elliklərimiz.
Hərlənir şaxtaların qatları da,
Hərlənir ordumuzun atları da.
Hərlənir boylu buruqlar, dolanır;
Buna xaricdə ürəklər bulanır.
-QURULUŞ**
Göstərib iştə beşillik planı,
Sarsıdıb yıxdı kökündən cahanı
Işçilər – ölkəmizin işçiləri.
Çünki var bizdə mətanət kəsəri.
Böyük işlərdə irəlilərkən biz,
Hərlənir daxili düşmənlərimiz.
Biz açarkən bizə düzgün yollar,
Sürünür arxada “sağlar”, “sollar”.
Biz Dneprdə yapırkən şadlıq,
Dalğalardan dağa sərpildi işıq.
Girişərkən işə Selmaş zavodu,
Sardı “sağ cəbhə”ni heyrət, qorxu.
Biz kəsərkən Arazın qarşısını,
Kavur-arx pambığın ən yaxşısını
Coşaraq, çağlayaraq verdi bizə,
Qoca Kür “möcüzə” göstərdi bizə.
Səsi gəldikcə çırağban Zahesin,
Məncə bir məqsədi var hər bəhsin.
O qədər çox ki, böyük işlərimiz.
Onu nəql etməyə şeirim aciz...
Bu zaman bizlərə ancaq
Ən kiçik şeydə böyük şey aramaq.
Kitabxana.az · https://kitabxana.az/en/works/musfiq-heyecan
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Hər nəfəs gündin yədi-beyza edər izhar sübh,Belədür dəvayi-ecaz etsə Musavar sübh.
BehiştinLəvhəşallah, bu nə hüsndür, cəmal,Məgər sənsən dəbistani-behiştin,
Bu gələn gözəlQarsın yaylasında bir pəri gördüm,Dilli dilavərdi, bu gələn gözəl.
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,