O yerdə ki, bürclər düşgün nəzərləriləDalğın-dalğın baxıyorlar gəlib-gedənə,O yerdə ki, radio yeni xəbərləriləŞən bəstələr dinlətiyor yoldan ötənə.

O yerdə ki, tramvayın zil səsləriləQarışıyor təbiətin gürültüləri,O yerdə ki, siliniyor – bir növ böylə –Ürəklərin təsadüfi döyüntüləri.

İştə orda baxıyor bir canlı heykəl;Bir heykəl ki, dalmış köhnə düşüncələrə.Bir heykəl ki, çöhrəsində gizli min əməl,Fəqət daşdan nəzərləri dikilmiş yerə.

Seyr ediyor sanki kəndi çevrəsindəkiQaynaq kimi qaynayaraq daşan həyatı,Seyr ediyor o, Kommunist küçəsindəkiÖzündən çox irəliyə qoşan həyatı.

– Seyr et, Sabir! Bu seyr ediş haqqındır sənin,Çünki sən bu zamanı görmədən öldün.Seyr et necə dəyişmişdir işçi vətənin,Çünki, şair, muradına irmədən öldün.

O zaman ki, Hadi coşqun şeirləriləSöyliyordu çox parlaqdır istiqbalımız,Sənin könlün, fəqət məhzun şeirləriləDeyirdi ki, yox, lağlaqdır istiqbalımız.

Əvət, Sabir! Sən hər şeyi gördün və yazdın,Mühitini əks etdirdi tərənnümlərin.Təbiidir, sən şairdin, dinc duramazdın,Ona görə iynələrlə dolmuş əsərlərin.

Sabir, fəqət bir gələcək məsələsində…Qapılaraq hissə bir az yanıldın gərək.Bilmədinmi yeni nəslin coşqun səsindənBu iqlimə ildırımlar qanad gərəcək?!

İndi burax düşüncəni, çevrənə bir bax,Bir bax necə ətrafında qaynıyor həyat…Uçmaq üçün hər kəsdə var böyük bir maraq,Çarpınıyor, sanki olmuş daş-divar qanat!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets