Ustamıza
Burax şeir kürəsini qaplasın məlal,Gözümüzə görünməsin başqa bir xəyal,Qarşımızda yalnız onun xəyalı dursun,Bizdən sovet sənətinin sirrini sorsun,Sızıldasın qəlbimizin tarında hər sim.Durdu sənət dühasının ürəyi – Maksim!Nə qalmışdı bu dünyada açılmamış, nə?Əsrlərin şairləri insan qəlbinəCumub nələr, nə incilər çıxarmadılar?!Gəzdi xəyal iqlimində min bir sənətkar,Sandılar ki, bu dünyanın sözü qurtardı;Ancaq hələ açılmamış bir qitə vardı,Bir qitə ki, şanlı adı əmək dünyası.Böyük usta! Əlindəki şeir fırçasıBir zamanlar dumanların altında qalmış,Üzərini ölümlərin kabusu almışBu qitənin rənglərindən yapdı bir dəmət,Cilvələndi mənasında insan və zəhmət!
Kitabxana.az · https://kitabxana.az/en/works/musfiq-ustamiza
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey tubi baxışın yıxdı aləmi,Xumar gözün gənə qiyamət eylər
Badi-Səba, tərəhhüm elə binavalərəBadi səba,tərəhhüm elə binavalərə,Arzum yetir vətəndə olan aşinələrə.
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.