1Mən bir yüksəlişin sevdasındayam,Siniflər döyüşü dünyasındayam.İnsanı, zəhməti qiymətləndirənYaxşı adamların sırasındayam.

2Mən gəncəm, bilirəm, istiqbalım var,Hələ bədr olmamış bir hilalım var,Yelkənim açılır, qara yel, əsmə!Mənim bu dəryada bir sandalım var.

3Sinif qovğasına səfərbərəm mən,Əsgərlər içində bir əsgərəm mən.Bu dövrün şairi olmaqla, ey dost,Bir düşün, nə qədər bəxtəvərəm mən!

4Atamız dünyadan eh dedi getdi,Tez sönən ömrünə meh dedi getdi.Gül əkdi, vay dərdi cahan bağından,Tökdüyü yaşlara şeh dedi getdi.

5Bu Sovet elləri indi bizimdir,Gülşənin gülləri indi bizimdir.Dostum, aç sinəni, nəfəs al daha,Əsən dan yelləri indi bizimdir.

6Bu sonsuz fəzalar bizimdir, ey dost!Bu dərin dəryalar bizimdir, ey dost!Səmada ulduzlar, yerdə çiçəklər,Ətirlər, ziyalar bizimdir, ey dost!

7Uzaq üfüqlərdən yenə səs gəlir,Böyük inqilaba dadirəs gəlir.Təslim ol, deyirəm, faşist ordusu!Üstünə dağ kimi Dolores gəlir.

8Canlanır gözümdə günəş yavrusu,Afrika arslanı – həbəş yavrusu,Dağlarmı boylanır qaz dumanından,Yoxsa azadlığın sərkəş yavrusu?!

9Faşizm qəsqırtaraq sümsük itləri,Dalayır, talayır, məmləkətləri.Bu gün barışsa da yarın qapacaqQuduz Mussolini quduz Hitleri!

10Bir məxluq var, işi dava-dalaşdır,Dartanlar, yırtanlar ona hamaşdır.Bu gecələr aya hürən zavallı,Ya Trotskidir, ya alabaşdır.

11Dağıdın dünyanı saran sisləri,Bu müxənnəsləri, bu iblisləri.Vuruşub döyüşmək zamanıdır bu,Ey insan qəlbinin mühəndisləri.

12Bəşər bir-biriylə qanlı bıçaqdır,Azadlıq anadır, dünya uşaqdır.Səfil övladını bu ana bir günÖz isti qoynunda oxşayacaqdır!

13Nədir hakim olub köküs dağlamaq,Əllərə, qollara zəncir bağlamaq?Yaslı bir ananın saçları kimiNədir məhkum olub səssiz ağlamaq?!

14Sülhün, səlamətin dadı başqadır,Qardaşca zəhmətin dadı başqadır.Bir günəş altında, bir yer üzündəAsudə qismətin dadı başqadır.

15Hər yetən at sürdü meydan başında,Min oyun oynatdı dövoran başında.Gurlamaz bir daha bizim ölkədəİnsan ildırımı insan başında!

16Görmüş xəzanları, ildırımları,Bir üzüm qaradır, bir üzüm sarı.Bu gün şadlığımı çalsın, çağırsın↵Bülbülün mahnısı, Qurbanın tarı!↵

17Nə gərək, sormayın, nə soydanam mən,Əməkçi ellərə mehribanam mən.Yarpaqdan ayrılan, şəfəqdən qopanDünyanın bəzəyi bir insanam mən.

18Mən də bir bülbüləm ellər bağında,Ötürəm fikrimin şax budağında.Çıxıb zirzəmidən dinləyyir məniKolxozçu qardaşım ağ otağında.19Cahan fikrimizlə süslənəcəkdir,Hər zaman nəğməmiz səslənəcəkdir.Bu dünya mehriban qucağımızdaŞən bir çocuq kimi bəslənəcəkdir.20Xəyalım ölkəmin abadlığında,Könlüm el toyunda, el şadlığında.Əməyin, təhsilin, istirahətinÖzgə bir nəşə var azadlığında.21Bizim bu devrimiz başqa devirdir,Əməkçi insanlar gözümdə birdir.Mənə ilham verən, şeir yazdıranGünəşin yoldaşı Mingəçevirdir.22İş bizə çox şeylər qandıracaqdır.Ölkəmiz cənnəti andıracaqdır.Ellər yüksəlişin al çırağını,Ey Kür, sahilində yandıracaqdır!23Ey bizim dünyanın söz deyənləri,Ruhun dodağına tutun neyləri!Bir nəğmə çalın ki, heyrətdə qalsınBütün dövürlərin müqənniləri.24Gündüz işimizi tamamlayalım.Təki yaxşı yerdə axşamlayalım.Həyat qayığını sürüb iləri.Gözəl sahilləri salamlayalım!25İşləyib murada irəlim, gəlin,Hər daldan bir çiçək dərəlim, gəlin.Günəşin önündə bir çəmən kimiFəyyaz ruhumuzu sərəlim, gəlin.26Axtarıb tapalım həmsöhbətləri,Dindirəlim şirin məhəbbətləri.Eşqi hiss edəlim qollarımızda,Gördükcə ölməyən lətafətləri.27Yoxdur, qəlbimizdə ölüm qorxusu,Verir həyatımız bahar qoxusu,Bizim ruhumuzun beşiyindədirMəhsuldar əməyin şirin uyqusu.28Səhərdir, üzülür can cananından,Öpüşüb ayrılır canan canından.Sürahi qəlbini doldurur hər kəsAltun fəcirlərin çağlayanından.29Göy bir məhəbbətə açıq qucaqdır,Sanasan ulduzlar körpə uşaqdır,Bizim gənc analar öz qucağındaÇox böylə ulduzlar parladacaqdır.30Kim yanılıb deyir: ömür masaldır,Bir şirin uyqudur, bir xoş xəyaldır?Hər an təbiəti gözəlləndirənBu insan tükənməz bir kapitaldır!31Əl çək bir dəfə də öz acığından!Üz çevir gördüyün murdar yığından!Bir az da danışsaq heə yaman olmaz,Bizim dövrümüzün yaxşılığından.32Qardaşım, bunu da yaz dəftərinə,Get mənim dilimdən çatdır yerinə:Ölsün bü dünyada xain çıxanlarOrdenli Bəstinin alın tərinə!33Yaşasın dünyada ulu qəlbimiz!Böyük arzularla boylu qəlbimiz!Nəşəmiz, qayğımız, ehtirasımız,Büllur bir cam kimi dolu qəlbimiz!34Qoxusuz lalədir mənasız şeir,Qanadsız bir quşdur xülyasız şeir.Gözəlsiz, çalğısız, məclisə bənzərMəzmunsuz, ahəngsiz, ədasız şeir.35Dünən bir şairin keçdim yanından,İldə bir söz çıxmaz xəsis canından.Eşqi, ehtirası olmayan, yetər,Çıxsın birdəfəlik söz meydanından!36Şairə ilhamdan maya gərəkdir!Anasız socuğa daya gərəkdir!Şairəm söyləyir yerindən duran,Adamın üzündə haya gərəkdir!37İstər bəstəkar ol, istər nəqqaş ol,Şair ol, rəssam ol, heykəltəraş ol,Yaratdığın şeyi sevərək yarat,Hamıdan yüksək ol, hamıdan baş ol!38Könül, səndə yenə həyəcanmı var?Uçub qalxmadığın asimanmı var?Söylə, sənin kimi bu asimandaTufan rəqqasəsi bir tərlanmı var?39Hər tərəfdə quran toy-busat mənəm,Ulduzlarla edən ixtilat mənəm.Mənim azadlığım qucağa sığmaz,Yer mənəm, göy mənəm, kainat mənəm!40Yazmaram, ürəyim sizi anmasa,Sizin eşqinizlə alovlanmasaEl kəsib qarşımı burdaca sordu:Gözdən yaş çıxarmı ürək yanmasa?41Qönçə açılarmı, bahar olmasa?Şölə titrəyərmi, ruzgar olmasa?Bu nəğmə ruhumdan qoparmı, bilməm,Mənə ilham verən dostlar olmasa?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets