O, evdən tərpənmədi,Qapıları bağladı.Özü boş bir nağara, –Özgəni varaqladı.

Pəncərə gözlüyündənHərdən hava uddu o.Həyatın nəfəsiniBüsbütün unutdu o.

Neçə qələm əhlindənNeçə yüz calaq etdi.Ürəyində hamıyaO, kəm baxdı, lağ etdi.

Piy basmış böyrək kimiO öz yağında bişdi.Bizimlə bir olsa daBizdən uzağa düşdü.

Bütün ili sərasər,Əsə-əsə əlləriYazıb, pozmaq istədi,“Nadir sənət əsəri”.

Şəhərdəsə küçələr,Meydançalar boy atdı.Milyon nəfəsli BakıDan yerini oyatdı.

İnsan göylərə uçdu,Şoranlar bəhrə verdi.İnsan axar çaylarınMəcrasını çevirdi.

Bizim xanənişinsəQapanıb evdə qaldı.Özü kimi qartıyıbYazdığı da qocaldı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets