Bakıya Kür gəlir
Tər lalə toplayın, bənövşə yığın,Qızıl Abşeronun göy sinəsindən.Güldəstə bağlayıb, yollara çıxın,Nəğmələr yaradaq Kürün səsindən.
O keçir şəhərin daş yaxasından,Hər evdə, eyvanda axar su gülür.Sanki dəli Kürün hər damlasındaUlu babaların arzusu gülür.
Qoy nəğməm əbədi düşsün dillərə,Zəhmətlə öpüşsün, gül baxtım mənim.O suyu gətirən polad əllərə,Ömürlük borcludur paytaxtım mənim.
Göz vurub Xəzərə,Duzlu gözələŞirin bulaq kimi süzülür gəlir.Ömürlər üstünə bir ömür gəlir,Bakıya Kür gəlir, mavi Kür gəlir.
Kitabxana.az · https://kitabxana.az/en/works/islam-seferli-bakiya-kur-gelir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Müxənnət zamana, beymürvətə fələk.Qoymadı mətləbim, bir aləm indi,
MəniLeyli camalını görəndə dilbər,Eylədi Məcnun tək divanə məni.
Getmə sən eşqin ki, bir kənci-nihan əldən gedərGetmə sən eşqin ki, bir kənci-nihan əldən gedər,Bil ki, sən getsən yanımdan təndə can əldən gedər.
AynurTərlan¹ ürəyində həyəcan duyurYuxusuz qalıbdı Qaxda bir ana.