Müxənnət zamana, beymürvətə fələk.Qoymadı mətləbim, bir aləm indi,Gözüm açdım qərinələr dolandım,Görünür gözümə bir aləm indi.

Kamil bağban bağçasını suvara,Plan çəkə, kanal vura, su vura,Bir şah gördüm səməndinə suvara,Tutmuşdu dəstində bir aləm indi.

Hüseynəm, əlimdən uçdu tərlanım,Qırdı şikar bəndi, qaçdı tərlanım,Uca dağ başını aşdı tərlanım.Getdi qürbət eldə yad ələ mindi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring