Sonsuz fəzalara şahin şığıdı,Gördü ki, yer ondan çox aşağıdı.

Dolandı neçə yol ərzin belinə,Ülkər sağ əlini çəkdi telinə.

O duydu, ulduzlu göylərdə də tək,Yalqızlıq içində sıxılır ürək.

Səhər bir “şahin”də qalxdı yanına,Xəfif bir istilik keçdi canına.

Düz üç gün, üç gecə beləcə onlar,Dünyanın başına bir dolandılar.

İnsan nəfəsinin gücünə bir bax,Göydə də insanı insan isidir...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets