Bağçamıza gəldi bahar,Yaşıl xalı sərdi bahar,Gəl dedim, gəlmədin, yar,Gəlmədin, yar.

NəqarətMəni yada salsan, a yar,Ürəyimi alsan, a yar,A ceyran sevgilim,Mehriban sevgilim,Sirrimi bilmədin,Bilmədin yar...

Nəğmə deyib, güldükcə mən,Güldü çiçək, güldü çəmən,Gül dedim, gülmədin, yar,Gülmədin, yar.

Dindir şirin sözlə məni,Özün dedin gözlə məni.Gözlədim, gəlmədin, yar,Gəlmədin, yar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love