Aqibətin cığırları
Mən gümraham!Yoxdur qayğım.Ağ dalğalar ağ qayığım.Zirvələrə hökm edirəm.Mən gümraham,Mən gedirəm –Lap kosmosda ziyafətə.Ağzı nədir şimşək ötə.Meyli varsa Ay buyursun,Məclisimdə bardaş qursun.Mən gümraham, mən sağlamam,Məni belə doğub anam.Yer üzündə yaxşı nə varO mənimdir,Ey insanlar!Daşdan yumşaq versələr də,ParçalaramDidə-didəDişim mərcan, mədəm də ki,Nə yük bilir,Nə də çəki...
...Yaş qartaldı,Dərd ciyərə sütül vaxtıXallar saldı.Daraqları axşam-səhər.Qıvrımında,Qıran saçlarİndi dalğın, indi seyrək,Bu sirri biz kimə deyək?Necə, necə, lap özümə?
Bir diqqətləBax üzümə.Mən gümraham, mən igidəm.Xəstəliyi verin bircə,O iblisi mən gizlicəİstəyirəm özüm didəm.– Kim verəcək onu sənə,O ki artıq canındadır?Sən kefində, öz hayında.Osa ürək çarpayındaBaş yastığa qoyub yatır.– Ola bilməz.– Yox, elədir.Varlığında zəlzələdir.
...Gümrah bədən ləngər vurdu.Baş gicəldi,Ayaq durdu.Diz taqətsiz, üz sapsarı.Xəzan vurdu ilk bahara...
Dörd bir yanı ala-toran...Baxışında seyrək dumanKirpikləri güclə qalxır.Çarpayıya tərəf baxır, –Ağ xalatlı neçə həkim.Gündüz həkim,Gecə həkim.Qalxıb-enir töyşər sinə.Taqəti yox,Kəlmə dinə.... “Mən gümraham!” hanı o səs?Xır-xır sinə,Zəif nəfəs.
“Mən gümraham!” – deyə-deyəCan çürüdüb, düşdün küyə.Çiçəklənən dövründə bax,Dönüb oldunBoz qamqalaq.Ey “gümraham” deyən gənclərBelə gedibCanlar hədər.Min yaşasın həkimləri,Çəkib sizi üzü bəri.Bilin, bilin doğma, əziz,HəkimlərinQədrini siz!
Kitabxana.az · https://kitabxana.az/en/works/islam-seferli-aqibetin-cigirlari
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Nazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
ƏsliRast gəldik şükr gördüm cəmalın,Məhşərə qaldı divanım Əsli
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
QaldımYanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım