Yurdum xalqlar dayağıdır,Azadlığın bayrağıdır.Səsləyərək kainatı,Sülhə doğru yol çəkirəm,Mənə verin bəyanatı,Qol çəkirəm,Qol çəkirəm!..Dünya bilir hünərvərəm,Al şəfəqli bir səhərəm.Keçirdikcə hər saatı,Həm becərir, həm əkirəm,Mənə verin bəyanatı,Qol çəkirəm,Qol çəkirəm!..Qarşımızda nurlu səhər,Bizimkidir şanlı zəfər.Zəhmətimlə şən həyatı,Qurub, gün tək nur tökürəm,Mənə verin bəyanatı,Qol çəkirəm,Qol çəkirəm!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets