Hadi – nədir o?Mürəttib – Gəncədən bir kimsə göndəribdi sizə.Hadi – nə?Mürəttib – E’tiraz ediyorlar keçənki şerinizə.Hadi – Bu gün lisanə, yarın dinə e’tiraz olunur,Sanırmısız ki, bu şeylərdə bir fikir bulunur?Bular ki, can sıxacaq şey, xəyali incildir,Bularla uğraşa bilməz mənim kimi şair.Mən oylə başə düşürdüm ki, indi dünyadəHüzur varsa, gərəkdir cahani-xülyadə.Bu yandə məst qəzəllərlə Hafizi-Şiraz,Olur piyaləkəşü şuxpərvərü dəmsaz.Qulamlar tərəbfəzayü rəqspərvərdir,Piyalələri üfüqi-fikrə nurgüstərdir...O yandə Sə’di vəquranə çöhrəsilə baxar,Bu yandə nayü dəfü çəng kainatı yıxar!O yandə Sə’di vəquranə çöhrəsilə baxar,Yıxar ğəlağili eyvansərayi-İrani.Şərab dolduraraq, müğbəçə xüram edərək,Dönər mənim yanə nagah ibtisam edərək...Sərimdə nəşveyi-səhba, gözümdə nuri-cəmal,

Onun xüramini təqlidə başlaram dərhal:“Gəzər büraqi-xəyalim fəzayi-lahuti,Cahani-nurdə suzan olur pərü bali”...Görürmüsüz ki, şu bir ləhzədə şu bir beyti –Cahani-mə’rifətə eylədim hədiyyə... vəliBuraxmayır ki, məni mütləq indi bir qəzetə,Ya e’tiraz edəcəkdir bizim “Fyüzat”ə –Və ya ki, Şuşədə bir sərsəmin xurafatiSəhifələr ilə məşğul edər “Füyuzat”i!Və ya ki, mətbəədən təzə-təzə təshihatMəzarlər açılırmış kimi cüyufi-həyat...Daha nələr gələcəkdir, nələr, nələr, eyvah!Həyat üçün bu bəlalər əkilməyir billah!..Həyatdan məni tənfir edən bu halətdir,Məfai’lün, fə’ilatün... təhi əziyyətdir!Quş ovlayır kimi mən arxasınca qafiyəninPeyində tairi-pərran nəğməyi-vəzninDəqiqələrlə deyil, bəlkə ah günlərcə...Dəqiqələrlə, günlərlə, ah, gün və gecəQoşar, qoşar da, nəhayət, şikəstə tabü təvan –Düşər də, ağlaram! Əş’ar olur bütün bu fəğan!..Fəqət bu hali gəl anlat şu hey’əti-cəhlə!Mühərrirəm – deyə çıxmış şu bir yığın cəhələ!..Bu yanda bir “dekadan” zülməti-xəyaliləNazirəsaz olur əlvahi-qəsvəti-leylə!Boyar nükatü məzamini... rəng-rəng əfkar...Zavallının bu da zə’mincə şe’r olur... Daha var:O yanda bir dəli doktor vücudi-islami –Mərizə bənzədir!.. Ən doğrusu bu övhami –Edər təşəxxüs önündə!.. Bu halə külməlidir!..Əvət! Fəqət bunu tənqid edən də bir dəlidir!Əgər gedərsə bu işlər nizamsız, başsız,Dersiz bu mətbəəyə biz də bir “xudahafiz!..”

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets