Azərin duası
Həsrət qalıb doğma yurdun nazlı müşfiq qucağına,Gözlər yaşlı, boyun bükük, vətənsizmi öləcəyəm?Göz dikərək yad ellərin şəfa verməz ocağına,Böylə qərib, bir parçacıq kəfənsizmi öləcəyəm?
Ulu Tanrım… Günahmı bu, bahar gəldi, mən çağladımBu bir elin diləyidir, yad bir sözə uyduğum yox.Dünya sevdi, mən də sevdim, ellər güldü, mən ağladım.Sevdim, amma dizlərinə bir dəfə də baş qoyduğum yox.
Tanrım! Mana çoxmu gördün od sovuran torpağımı?Cənnət sənin, Kəbə sənin, bir məzarlıq yurdumu ver!Cəhənnəmdən alsın burax dünya mənim sorağımı,Mənə yalnız bir içim su, baş qoyacaq bir az da yer.
Kitabxana.az · https://kitabxana.az/en/works/ildirim-azerin-duasi
Use ← → keys to move, R for a random poem
More by this author
Əzəldən can deyərək bu sevdalı ölkəyə,Hər qadasın aldığım sana əyan, a dağlar.
Dağlar səslənirkənEy uzaqdan gələn yolçu, böylə sapqın getmə, dur,Çox yolçular sinəmizdə etdi çapqın, getmə dur…
Dağlardan xatirələrM.K.Ələkbərliyə*Dün qarşımda nəvazişkar gülər üzlər oynadı,
DurnacıqBu günlər mənim dərdim başdan aşqındı yenə,Diqqət etsəniz əgər siz çöhrəmin rənginə,
Poems by other poets · Love
Ey mənim canım alan, səndə nə adətdir bu?Göstərir şərhi-qaşın hər dəm, əlamətdir bu,
Yarın ətəkləriDüşüncəli könlüm, yatmaz, dinlərdi,Gecələrin dərinləşən səslərin...
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
Tər gülər, SənəmTər getdim tər yarın tər xanəsinə,Tər mehman, tər eylər, tər gülər Sənəm.