M.K.Ələkbərliyə

Dün qarşımda nəvazişkar gülər üzlər oynadı,Qəlbimdəki ümid yenə coşdu, coşdu, qaynadı,Ətrafımda ləzgi, qomuq, avar, lak, tərəkəmə,Oynaq gözlər, şən dodaqlar, həpsi yabançı qəmə.Uzaqlardan uca dağlar əks edərkən gözlərə,Çıxdıq yaşıl təpələrə, məxmər donlu düzlərə.Al geyimli qızlarımız həpsi verib qol-qola,Çiçək dərir düzmək üçün sapmadaydı sağ-sola.Ormanlardan axıb gələn, qayalardan sızan su,Göy məxmərli dərələrin sükutunu pozan su,Səsləndikcə, qəlbimizin çırpınardı telləri.O sevdalı al mayısın lalələri, gülləri,Düzüldü yıldızlar kimi siyah, qıvrım saçlara.Başlarında çələngləri bənzərdi al taclara.Birdən-birə qarşı çıxdı min bir yıllıq yapılar,Hala açıq durmadaydı qalın, dəmir qapılar.Div gövdəli hasarların çıxdıq sökük başına,Baxıb durduq tarixlərin torpağına, daşına,Qəlbi qırıq xərabələr min bir dastan oxurdu,Keçmişləri yad etdirən əfsanələr toxurdu.Bir vaxt vardı zövq alardı rəzalətdən, zülmdən,Indi bu yıxıq sütunlar xəbər verir ölümdən,Nə xanların məclisləri, nə də şahlar divanı,Nə də haqqa qarşı çıxan “günahkarlar” divanı,Nə fəryadlar, iniltilər, nə zəncirli əsirlər,Yalnız ağlar sinəsində ölüb gedən əsirlər…Gəzib, gəzib çox dolaşdıq, qızlarımız yoruldu.Qarşı çıxdı al ləçəkli bir təpə,Gül-çiçəklilir təpə...Həpsi birdən halqa vurdu. Coşğun məclis quruldu,Çalğı coşdu, incə, şaqraq ləzginkələr vuruldu.Oynamaqçın incə çubuq əldən-ələ atıldı,İşvə, nazlar satıldı.Bir ləzginkə çağırmaqda ləzgiləri “Kirə”dən,Bir ləzginkə xəbər verir Xasavyurtdan, “Sura”dan.Bir ləzginkə oynadırdı çeçenlərin elini,Bir ləzginkə qabardinin xatırladır dilini…Nazlı Günəş çəkildikcə uzaqlara, ənginə,Boylanırdı qızıl dağlar sarımtıraq rənginə.Dağın zümrüd yaxasından baxan kiçik aullar,Yazın dilbər axşamından incə bir zövq alırlar.Yalnız bircə köhnə qala düşüncəyə dalmadı,Yorğun, ağır addımlarla bizdən uzaq qalmadı.Arxasından dərin dərə, sərin sular axardı,Ətəyindən iki Dərbənd bir-birinə baxardı.Dağ başına çıxanların ilişdikcə gözləri,Iki şəhri bir-birindən seçə bilər özləri.Gün batarkən bulaqlardan sərin sular içirdik,Ömrümüzdən bir gün belə incə, şaqraq keçirdik.Biz dönərkən axşam mavi kömləgini geyirdi,Uzaqlardan dağlar bizə dik başını əyirdi…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets