Bir zamanlar Puşkinin dindirib ələmini,Ona mənfa yerində gözəl bir cənnət oldun.Sevincindən az qaldı qırsın da qələmini,O bir hakim rus kimi coşdu, sən dərdə doldun.

Bir zamanlar söylədi, qürurla gəldi vəcdə,“Qafqas altımdadır, mən üzərindəyəm” – dedi.Kazbekin dik başından sana edərək səcdə,Qopardığın ahları bir sevinclə dinlədi.

Mən nə bir Lermontovam, nə bir qadir PuşkinəmKi, bir rus qələmiylə mədh eləyəm ədanı.Mən yalnız yaranmışam almaq üçün qadanı.

Qəlbimdə “vəhşi” deyə çeçenlərə yox kinim,Azəri, gürcü, dağlı bir ruh deyə anmışam,Mən yalnız sənin üçün ölməyə yaranmışam.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets