Hürr insanlıq hayqırdı: Qəhr olsun zülm, qorxu, kin.Verdi milyonlar qurban… Bəs yenə bu qorxu nə?Millətləri qızıl bir oraqla biçmək üçünXortlayan barbarlığın əskisindən farkı nə?

Dünya yenə tərsinə dönər, sərxoşmu bilməm,Qanlı badirələrlə əylənmək xoşmu bilməm,Bunca çəkilmiş əmək bihudə, boşmu bilməm,Müztərib dodaqlarda bu bitməyən şarkı nə?

Harda təhəkküm, zülüm, milyonluq əsir insan,Harda təqiblər, sürgün, top-tüfəng, ölüm və qan?Qaldır dəmir pərdəni, hökmünü versin cahan,Lənət qızıl dünyanın kölələr cənnətinə!

Aç, göstər hər guşəni, hər kəsi var, kəsi yox,Mən bilirəm ki, orda uçan quşun səsi yox,Hürriyyətmi deyirsən? Yalan… Onun əksi yox,Milyonu beş paradır orda gəmigin, ətin…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets