Gicginə
IMən Krımın sahiliniGəzib-gəzib dolaşdım.Yaşıl, dilbər təpələrdən,Uca dağlardan aşdım.Yalı boyu Qara dənizDalğalanıb köpüyor.Sahildəki GicginəninƏtəyindən öpüyor.Gətirərkən sular diləSahildəki daşları,Gicginənin gözlərindəSallanır göz yaşları.Gicginə, o macəralarYavrusunun beşiyi,Qara dəniz sahilindəTuqay xanım köyüşü.Köhnə saray LivadiyaSağ böyründə tikili.Bağ başında sandalyanınQərib boynu bükülü.Sol böyründə uçub gedənBir fırlanqıc yuvası.Keçən əsrin keçib gedənGözü yaşlı durnası.Gicginə, o dilbər qızınAdladığı təpələr,Mahnısını dinlər imiş,Dərdin bilən ləpələr.Tuqay, yalı boynunda birBöyük tacir sanılır.Hər yanda ad qazanmışdır,Hər tərəfdə anılır.Onu bəlkə imperatorBöyük bilir, tanırdı.Otağında silsilələr,Çılçıraqlar yanırdı.Adlı xanlar, bəyzadələr,Knyazlardan qonağı.Hökmündəydi dağlardakıQaçaqların yığnağı.“Qız salonu” süslənirdiƏsir düşən qızlara.Saf altunlar səslənirdiKisələrdə yüzlərə.Şərq elindən gələn qızlar,Satılırdı bəylərə.Əks edirdi göz yaşlarıUlduzlara, aylara.Zövqü üçün bütün qullarSərf edirdi ömrünü.Torpaqları çeynədərək,Keçirirdi əmrini.Qara dəniz, Qara dənizKöpürürdü, coşurdu.Gəmilərlə gələnlərinİmdadına qoşurdu.Gələn qullar boynu bükükSalamlarkən sahili,O müləvvəs gecələrinKilidlənirdi dili.IIGicginə sahil boyundaBir balıqçının qızıydı,Gözləri göy dəniz rəngi,Yanaqları qırmızıydı.O hər gün axşam çağındaÇıxardı sahil düzünə,Göy dənizdən əsən ruzgarTökərdi saçın üzünə.Onda bir tatar qızınınMəhzun, dilbər üzü vardı,Gizli sevgi ulduzununGözlərində izi vardı.Bəzən sorar dalgalardanSevdiyinin durağını.Dalğacıqlar gəlib dilə,Vermədəydi sorağını:– Xasay, Xasay, igid XasayDənizlərin elçisidir.Gəlməyəcək sənə bu ay,Uzun yollar yolçusudur.Xasay yoxsul bir tatardı,Sürməmişdi gənc ömrünü.Omuzunda daşıyırdıTuqay xanın hər əmrini.Gəmidə bir muzdur kimiÇapalayıb durardı o.Bəzən coşğun dalğalardanGicginəni sorardı o.Titrək, durğun gözlərindənSıcaq incilər damardı.Sevdiyini salıb yadaSahilləri salamlardı…O zamanlar Qara dənizFırtınalı, boralıydı.Sular coşğun, əsəbiydi,Daşqın qəlbi yaralıydı.Üzərində əsən yellərKöpürürdü tufanını.Gəmidə hıçqıran qullarCoşdururdu üsyanını.Sahildə sərt qayalarıKökündən yıxmaq istərdi.Qan ləkəli bu yallarıÜsyanla boğmaq istərdi.IIIYenə yelkənli bir gəmi,Yaxınlaşırdı körpüyə.Əsirələr gəldi deyə,Göylərin artırdı qəmi.Tuqay xanın gözlərindəSar altun parıltısı,Gələnlərin üzlərindəHicran yaşı, ələm yaşı.Zəncirlənib aparıldıTuqay xanın sarayına.Göy sərvlər səs verdilərZəncirlərin harayına.Qız salonu doldu yenəŞərqin yetim qızlarıyla.İnləyərək satıldılar,Dəllalların sözləriylə.IVBir gün yenə GicginəninDərdləri coşdu, çağladı,Çıxdı qalın ormanlığaGizli ağladı, ağladı.Bir aralıq Tuqay xanınQız ovlayan ovçusu,Qarşı çıxdı GicginəyəOldu onun alıcısı.Qız çırpınıb qarşı durdu,Çox yalvardı, çox ağladı.Fəqət Tuqay xanın qurduTutdu qolların bağladı.Qaçmaq üçün yolu bağlı,Yetməzdilər harayına.Düşdü əli, qolu bağlıTuqay xanın sarayına.O sevdalı Krım qızıDüşdü qızlar salonuna.Dərdli gecələr ulduzuBüründü qəmdən donuna.Baxdı baş ucunda duranTuqay xanın gözlərinə.Dəli, çılğın məclis quranKnyazların özlərinə.Bir yanda qul əsirələr,Bədənləri bütün çılpaq.Bir çoxunun omuzundaQamçıların qoyduğu dağ,Qıvrılıblar ilan kimi,Atəşdə qıvrılan kimi.Əsir düşən GicginəninSaray dolandı başına.Heyran-heyran baxıb durduTutuldu həp göz yaşına.Ürəyində sevdiyininGünahsız eşqi canlandı.Atasını salıb yada,Qıvrıldı, qıvrıldı, yandı.O şimdi bir ölü kimiZavallı, boynu bükülü.Yorğun pərişan telləriAçıq omuza tökülü.Baxıyor bir durna kimiGözlərində parıltılar.Əks edəməz qulağınaSaraydakı gurultular.Tuqay xanın damarındaEhtiras coşdu, qaynadı,Baxıb dilbər GicginəyəZövqü yerindən oynadı.Əmr elədi duran qulaAparılsın otağına.O hər zaman hazırlanmışƏsirələr yatağına.Knyazların əlində meyOynadaraq gülüşdülər.Sonra durub zəncirlənənGözəlləri bölüşdülər.İlan kimi qıvrılaraqHərə çəkildi bir yana.Dodaqlar kinli, möhtəris,Damarlar gəldi həycana.Hər bucaqda, hər guşədəYüksəldi nalə, hıçqırıq.Ət çignəyən dişlərindənÜzlər oldu qırıq-qırıq.VTuqay hələ girməmişdiO zəncirli otağa.Gicginə bir sola baxdı,Bir də qanlı yatağa.Pəncərəyə yaxınlaşıb,Baxdı sahil boyuna.Ay nurunu səpirdiGöy dənizin suyuna.Gecələrin dərdli yeliXəfif-xəfif əsirdi.Gicginənin ğir qeyb əliÜmidini kəsirdi.Dalğaların iniltisiUlduzların atəşi,Sevdiyini xatırlatdıAyın solğun baxışı.O bir həftə bundan əvvəlMavi gözlü o dilbərBir gecədə dədləşirdiSevdiyilə bərabər.Xatirələr xəyal kimiGəlib keçdi gözündən.O, ayrılmaq istəmirdiSevdiyinin izindən.Qəlbindəki qırıq-tökükƏməlləri dirilirdi.O zəncirli həyat onaBir cəhənnəm görünürdü.Bəlkə daha son olaraqÜmid ona gülməz idi.Bəlkə daha XasaycığıOnu görə bilməz idi.O yaşamaq istər idi,O yaşamaq istəyirdi.Tale ona son olaraqQanlı bir yol göstərirdi.Dodaqların çeynəyərəkAcı-acı düşünürdü.O anda bir gümüş xəncərGözlərinə ilişirdi.Alıb baxdı, hənuz qanıSilinməmiş dururdu.Tuqay onu əsirələrSinəsindən vururdu.O an idi yan otaqdanBir əsirə inlədi.Qalxıb-enən nəfəsiniDilsiz gecə dinlədi.O an idi Tuqay xanınGurlu səsi yaxlaşır,O günahsız qızcığazınSon nəfəsi bağlaşır.Bütün ömrü gömülsünmüCavan ikən torpağa?Ya dönsünmü yataqlardaÇignənən bir yarağa?Ya dönərək bir igidəOna qarşı dursunmu?Qan damlayan poladcığıSinəsindən vursunmu?Qərar verdi, gözlərindəQan izləri oynadı.Ürəyində quduz kimiBir intiqam qaynadı.Qan ləkəli poladcığıBasdı yumşaq qoynunaSaçlarını dağıdaraqDüzdü bəyaz boynuna.Tuqay girdi, gözlərindəVəhşi zövqün nəşəsi,Gicginənin işvələrləBoyalıydı çöhrəsi.Qarşılayıb Tuqay xanıSürüklədi yatağa,Bu anda bir dəli fəryadƏks eylədi otağa.Bir ah çəkib düşdü yerəİnləyərək Tuqay xan,Axdı bəyaz yatağınaKin püskürən qızıl qan.– Vurulmuşdur Tuqay, – deyəSəs-küy düşdü saraya.Bütün qullar, əsirələrQoşulmuşlar haraya.Gicginənin qəlbi quduz,Qan çökmüşdü gözünə.Dəli kimi baxmadaydıGələnlərin üzünə.Əlindəki xəncərindənDamlayırdı qızıl qan,Yoxsulların göz yaşındanLaxtalanmış rəzil qan.Zatən böyük paşaların,Knyazların, bəylərin,Zatən bütün torpaqlarınDənizlərin göylərin.Tarixlərlə savırdığıQan göz yaşı deyilmi?Sultanların içdiyi meyHaqsızların al qanıKölələrin göz yaşıdırƏsirlərin fəğanı.Tuqay xanı həp bulaşmışGörüncə al qanına,Bütün sərxoş knyazlarınQorxu düşdü canına.Əsirələr, bütün qullarSaraya kin saçdılar.O köləlik zənciriniQollarından açdılar.O zamandan Tuqay xanınQız salonu boş qaldıO yüzlərcə qız çegnənənVəhşi saray loş qaldı.Günlər keçdi, aylar ötdü,Bir çox illər dolandı.Qara dəniz sahilləriQızıl qanla bulandı.Bir gün dəli bir zəlzələQopdu, yerlər sıxıldı,O möhtəşəm şən saraylar,O qapılar yıxıldı.O zamandan o yerlərəDalğalar baş əyirlər.Yavaş-yavaş GicginəninSahilinə dəyirlər.O zamandan o saraydaGicginənin yadı var.Gicginə yox, yalnız onunŞən dillərdə adı var…
Kitabxana.az · https://kitabxana.az/en/works/ildirim-gicgine
Use ← → keys to move, R for a random poem
More by this author
Sən beynimdə doğan qığılcımdan od aldın,Ey ruhumu, eşqimi yetim buraxan günəş,
BakıBir zamanlar adına eşq oxudum ellərə,Şimdi artıq qəlbimin içində inlə, Bakı…
Bir el aşığının dedikləri(Qubada bir gün)*Günəş süzgün tellərini yığınca dağlar ardı,
Bir gündə ölən ekizlərAnnələrinə*Eldəgəz və Yurdavar üçün*