Əsir Azərbaycanım
Nerdə məni gül qoynunda doğuran,Xəmirimi göz yaşıyla yoğuran,Beşiyimdə “layla, balam” çağıran,Azərbaycan, mənim baxtsız anam, oy,Neçə ildir həsrətinlə yanam, oy?!.
Salam desəm, rüzgar alıb götürsə,Ağrı dağdan Alagözə ötürsə,Gur səsimi göy Xəzərə yetirsə,Xəzər coşub zəncirimi qırsa, oy!..Hökm etsə, bu sərsəm gediş dursa, oy!..
Xəbər alsam Muğanımdan, Milimdən,Nazlı Bakım, o neft qoxan gülümdən,Kim demiş ki, düşmüş adı dilimdən…Azərbaycan, mənim eşsiz* yurdum, oy!..Ölməz eşqim, içimdəki dərdim, oy!
Könlümə tək Kəbə etdim səni mən,Sənsiz neynim qürbət eldə günü mən,Sənsiz neynim Allahı mən, dini mən?Azərbaycan, mənim tacım, taxtım, oy!Oyanmazmı kor olası baxtım, oy?!
Kitabxana.az · https://kitabxana.az/en/works/ildirim-esir-azerbaycanim
Use ← → keys to move, R for a random poem
More by this author
Sormayın kimlərdənəm, haralıyam, a dostlar,Könüldən fırtınalı, boralıyam, a dostlar,
Mən də ağlamıramMən ki, hala bir gəncəm, ümidim var, şanım var,Damarlarımda coşan, axan qızıl qanım var.
Mən kiməmBir zamanlar Altaylardan enib yaşıl düzlərə,Asiyanın göbəyində atəş yaxan mənmiyəm?
Muradı keçərkənAxıyor dalğaların hər dərədən,Bu yürüş hökmünü aldın nerədən?
Poems by other poets · Homeland
Maymaq uşaq əzəl başdan bəllənər,Ev sirrini qonşulara qandırar,
Baba yurdBu da bir cür yazı idi, yazdılar,Hər kəlməni tərs uvanda yozdular.
Gözəllər gözəlinəEşqini qəlbinə bəxtim kimi yazmış öz əlim, –Sən gözəllər gözəlindən də gözəlsən, gözəlim!
Bəsdir yetər axir!Nədir bu nazü istiğna, gecə oldu səhər axir,Könül şad eylə bir tək busə ilə ey gözəl, axir!