Əlvida, Bakı
(Türküstana gedərkən)Əlvida, ey müşfiq ana, əlvida…Bu anda qəlbimdə nə dərin qəm var,İçimdə bir sizi, gözümdə nəm var,Əlvida, ey müşfiq ana, əlvida…
Səndə keçib getdi iyirmi dörd yaşım,Bir zaman bəladan çıxmadı başım,Sən oldun həmdəmim, dərdli yoldaşım,Laylalar söylədin mana, əlvida…
Mən sana yad deyil, doğma oğuldum,Öz qanından gül yaxanda doğuldum,Günahım, "can" dedim sana, qovuldum,Acımadın bu qurbana, əlvida…
Yox oldu Çəmbərəkəndi gözlərdən,Batıb getdi Pirvənzəli izlərdən,Kim nə anlar bu çarpaşıq sözlərdən,Bunlar bir xatirat mana, əlvida…
Bir zaman qoynunda mən də yaşadım,Sokakdan-sokaka səsləndi adım,Bilməm sönəcəkmi səndəki yadım?Bəlkə də dönəməm sana, əlvida…
Bax nə deyir yenə bu coşğun Xəzər,Qoynunda Şimaldan gələn yad gəzər,Bu bir dərd ki, məni ömrümcə əzər,Salır məni haldan-hala, əlvida…
Uzaqda qaralır Qızlar qalasıSöylər ki, başımın çoxdur bəlası,Nerdə öz oğulu, igid balası,Acısın düşdüyü oda, əlvida…
Mənim günahım yox, məni bağışla,Çox çarpışdım, düşdüm tufanla, qışla,Bəzən salam göndər sən də bir quşlaGetdiyim yer Türküstana əlvida…
Əlvida, ey gözəl Bakı, əlvida!Sağlıqla qal, son sözüm bu, əlvida!..
Kitabxana.az · https://kitabxana.az/en/works/ildirim-elvida-baki
Use ← → keys to move, R for a random poem
More by this author
Orda hürr ölkələri saran zəncirin ucu,Orda puç Neronların ölüm, qan yayan gücü.
NərimanNəriman Nərimanovun vəfatı münasibətilə yazılmışdır*Şərqə bir səadət aradığın gün
Nə üçünMən artıq nə yazım yurduma dair,Düşmən zəhər saçır, dostlar gizlənir.
Nə olurduNə olurdu kor olsaydım, görməsəydim əzəldən,Görməsəydim o doğduğum dərələri, dağları,
Poems by other poets
Bilməm nə görüb məktəbi-irfanda bizim qız,Təhsili-ədəb, dərsi-dəbistanda bizim qız?
Xöcəstə bülbüli-xoşnitq, xoşzəban, getməXöcəstə bülbüli-xoşnitq, xoşzəban, getmə!Mənə tərəhhüm elə, qoyma Natəvan, getmə!
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
İtmişdi dili-qəmzədə viranələr içrəİtmişdi dili-qəmzədə viranələr içrə,Səd şukr ki, tapdım onu meyxanələr içrə.