Bilməm nə görüb məktəbi-irfanda bizim qız,Təhsili-ədəb, dərsi-dəbistanda bizim qız?

Dəftər, tetrat, ruçkası, çantası, cihazı,Üstüldə duran kartası, atlası, namazı,Beynəlmiləlin nəğməsidir razü niyazı,Namusi-həya qoymadı nisvanda bizim qız.

Etməz dəli qız dinə əməl, şeyxə sitayiş,Çıldırmışam etməz daha tə’bim buna saziş,Bayramda çıxıb qıldı sokaklarda nümayiş,Bayraq götürüb küçədə, meydanda bizim qız.

On bir yaşına varmış ikən başı dumanlı,Vermişdim ərə batmışı, olmuşdu nişanlı,Salmışdım ələ varlı, gözəl bir dəliqanlı,Bilməm nə görüb küsdü bu oğlanda bizim qız.

Söylər mənə gər eyləməsəm dərsimi təkmil,Girməz başıma ər sözü gər bitməsə təhsil,Ölsəm də deyir eyləmərəm dərsimi tə’til,Bid’ət qoyacağdır bu müsəlmanda bizim qız.

Məktəbsiz ikən bir qız idi çox da müəddəb,Nadan bu qızın korlamış əxlaqını məktəb,Baxmaz sözümə, dinsiz olub cəhlə- mürəkkəb,Söylər ərə mən getmərəm, hər yanda bizim qız.

Fikrində qoyub dərsdə, məktəbdə qocalsın,Zülfü ağarınca ata boynundamı qalsın?Oğlan da gəlib təngə gedib ayrı qız alsın?Qalsın boşa bir guşeyi-pünhanda bizim qız,Namusi-həya qoymadı nisvanda bizim qız.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İran Culfasında

Araz çayının üstündən salınan körpünün o biri başında keçmişdəki kimi qarovul və yoxlayıcı postu var idi. İran məmuru Qara Mahmud xan yenə də öz kürsüsünü orada qoyub oturmuşdu, lakin nə o gəlib-gedənlərə, nə gəlib-gedənlər ona əhəmiyyət verirdi. İran gömrük məmuru artıq yoxlayıcı vəzifəsi deyil, tamaşaçı vəzifəsini daşıyırdı. Çar istilasının təsirləri gömrük məmurlarının damarlarına qədər təsir etmiş, onları müstəmləkə şəraitinə öyrətmişdi. Bizi rus Culfasından İran Culfasına aparan fayton düz-doğru sürüb körpünü keçdi, kimsə onun hara getdiyini soruşmadı və ya soruşmağa cürət etmədi. Mən əcnəbi qiyafətində idim, yanımdakı qız da amerikalıya deyil, rus qızına bənzəyirdi. Buna görə də faytonumuza yaxın düşən olmadı, heç kəs çar istilasının əzəmətini düşürmək və çar təbəəsini ətrafına dolanmaqla onun şərəfinə toxunmaq cürətində bulunmadı..Biz isə çar təbəəsi olmadığımızdan pasportumuzu vizə etdirməli idik. Pasport idarəsinin qarşısında faytonu saxladıq. Bizi yoxlamalı idilər.

9 min
Livarcan yaylasına doğru

Culfa olduqca isti idi. Yaşamaq, nəfəs çəkmək mümkün deyildi. Xüsusən bu iqlimə adət etməyənlərə bura cəhənnəm qədər dözülməz gəlirdi. İstidən artıq havanın pozuqluğu və toz insana əziyyət verirdi. Minlərcə fayton və araba karvanlarının yerləşdiyi bu ticarət mənbəyi küləkli günlərdə toz buludlarına çulğalanırdı.Xanla məsləhətləşdik, yol açılıncaya qədər Livarcan yaylasına köçməyi qərara aldıq. Bura dağlıq, bağçalıq bir yerdir. Sərin suları, gözəl binaları olan kiçik bir şəhərdir. Mənim Culfada qalmağım da qorxulu idi. Mən Livarcan yaylasına getmək qərarına gəldiyimi miss Hannaya söylədim.

11 min
«Şahın bibisi oğlu»

Livarcanın ağası Hacı xan iki oğlu və nökərləri ilə bərabər bizim istiqbalımıza çıxmışdı.Gecənin qaranlığında küçələr nökərlərin saxladığı böyük fənərlərlə işıqlanmışdı.

6 min
Hacı xan

Poçt-teleqraf rəisi ilə mən hamıdan əvvəl yatağımızdan çıxıb əl-üzümüzü yuduq, balkona çıxarkən Hacı xanın bizdən əvvəl qalxdığını gördük. Bərabər oturub bir o qədər söhbət etmişdik ki, onun qulluqçularından biri gəlib baş əyərək:– Cənab xan, hamam hazırdır, – dedi.

17 min

Poems by other poets · Satire