Hitlerin
El tüpürür vicdanına Hitlerin,Qorxu düşübdür canına Hitlerin.
Boynu uzanmış hacıleylək kimi,İylənib hər bir yeri cəmdək kimi,Qarnı şişib un yemiş eşşək kimi,Bit daraşıb yorğanına Hitlerin,Qorxu düşübdür canına Hitlerin.
Qapdı lap əvvəldə daşın zorbasın,Vurub dağıtdılar qol-qabırğasın,Ölüm yeli tutub qıçın, ombasın,İt qanı vurulur qanına Hitlerin,El tüpürür vicdanına Hitlerin.
Zənn eləyir, evində məhbəsdədir,Əl-ayağı iflic olub, xəstədir,Bəzi faşistin qulağı səsdədir,Od vuracaq ehsanına Hitlerin,El tüpürür vicdanına Hitlerin.
Yaman düşüb Əzrayılın çənginə,Rəngü ruxu dönüb meyit rənginə,Yavaş-yavaş ölüm çatıb ənginə,Adam qoyulmur yanına Hitlerin,El tüpürür vicdanına Hitlerin.
Bu tülküyə yaman qurublar tələ.Bu ölməklə qurtarmayır məsələ.Dayan, görək Berlin alınsın hələ,Onda baxım tufanına Hitlerin,El tüpürür vicdanına Hitlerin.
Bizim bu cənnət kimi sakit vətənKeçdi faşistin əlinə qəflətən,Gör, necə əclafdı-deyir hər yetən,Ay tüpürüm vicdanına Hitlerin,Gəlin baxın tufanına Hitlerin.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-hitlerin
Use ← → keys to move, R for a random poem
More by this author
Söylə, ey gül, hansı bağın sən güli-rənasısan?Hansı gülzari-behiştin sərvisən, tubasısan?
Sevgilim! Seyri-gülüstan yaxşıdr, sən yaxşısan?Sevgilim! Seyri-gülüstan yaxşıdr, sən yaxşısan?Aşiqinçün başqa canan yaxşıdır, sən yaxşısan?
Bilsən, gözəlim, sən nə qədər sevgili cansan!Bilsən, gözəlim, sən nə qədər sevgili cansan!Zülm eyləmə, qoy söyləməsinlər, can alansan.
Ey qönçədəhən, naz eləmə, evmi yıxarsan!Ey qönçədəhən, naz eləmə, evmi yıxarsan!Əndami-lətifin günə vermə, soluxarsan.
Poems by other poets · Homeland
Qənd axtarır, ət axtarır bu gün hamı,Mənsə çıraq axtarıram çıraq ilə…
Süleyman RüstəməSəni hər görəndə uçur xəyalım,Yadıma ən gözəl bir dövran gəlir.
Öləndə bir daşa çevirin məniÖləndə bir daşa çevirin məni –Vətən torpağında bozca bir daşı.
Tarixi-Cədidi QarabağMİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.