Ay gülüm, nanay
Bakıda çox gözüqannıA gülüm, nanay nay nanay.Çoxdu həm abrozovannıA gülüm, nanay nay nananay.
Bir abrozovannı bir günLat-lüt qaldı bütünLotuluğa vurdu özünA gülüm, nanay nay nananay.
“Həmiyyət” dəstəsin tapdıHamıynan qardaşlıq yapdıAmma pulun görcək qapdıA gülüm, nanay nay nananay.
Sonra girdi “Təkamül”əBiçarəni tutdu diləQırx beş manat gedir hələA gülüm, nanay nay nananay.
Ağaverdi, sən kişmiş satNisyə ver on beş manatDəxi pullar gəlməz “nazat”A balam, nanay nay nananay.
Kazımova nobat yetdiDoqquz manat hara getdi?“Palermo”da kutyoj etdiA gülüm, nanay nay nananay.
Bakıda çoxdu restoran“Batumski”, “Parij”, “İran”Hər zad tapar axtaranA gülüm, nanay nay nananay.
Bakıda çox gözüqannı,A gülüm nanay nay nananay.Çoxdu həm abrozovannıA gülüm, nanay nay nanay.Can gülüm, nanay nay nananay.
“Molla Nəsrəddin”, 17 mart 1907, №11
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-ay-gulum-nanay
Use ← → keys to move, R for a random poem
More by this author
Bais, evin yıxılsın.Əlbəttə ki, dünyada pislik yerdə qalmaz, əlbəttə, zalımlar cəzalarını çəkəcəklər. Uşaqlıqda qonşumuz Fatma xaladan bir belə qarğış hər gün eşidərdim, deyərdi ki: “bais, evin dağılsın”.
Şeyx MəhəmmədLənətullah əla qövməzzaliminGecə saatı bir yerdə deyibdir ki, yesli odin tsar, yəni padşah bir bağdan bir yabloka zornan alıb yesə, yəni bir alma, toqda o vədə onun usluqları bağın derevyalarını sovsem kökündən rabatay eləyib çıxardarlar.
MənfəətMolla Nəsrəddinin müsəlmanlara zərəri dəxi aşkardır, bu barədə heç bəhs də ola bilməz.Amma bir para müsəlman qardaşlara jurnalımızdan hərdənbir böyük mənfəət də hasil olur. Belə ki, məsələn, Tiflisdən bu axır vaxtlarda iranlıların Əncüməninə üzvlər seçiləcək idi. Məlum şeydir ki, bizlərdə o kəslərə rəy verirlər ki, Allah bəndəsi, mömin və müqəddəs adam ola (və qayda belədir və belə də gərək olsun).
İrsİrs iki qismdir. Yaxşı, ali imarət, gözəl bağ içində növ-növ meyvə ağacları, evin içində hər qism əşya. Və belə də ola bilər ki, birisinin atası ölən gündən üç gün sonra borc sahibləri gəlib deyələr ki, “çıx evdən, buranı atan bizə satıb”.İranı indi biz o halda görürük ki, borc sahibləri gəlib durublar iranlıların başının üstündə və deyirlər: “çıxın buradan, buranı atalarınız bizə satıblar”.
Poems by other poets · Satire
Ey Molla dayı, gəl bu müsəlmanə dolaşma,İnsaf elo, hər sahibi-iymanə dolaşma.
Namə(Yekəpər, kəlləpeysər bir molla döşək üstə oturmuş, dizində kağız, gözündəeynək, başında kələm, əlində qələm özü kimi bir mollaya kağız yazır):
Məktub ("Molla dayı, etmə şərarət belə")Molla dayı, etmə şərarət belə,Ortalığa salma ləcacət belə!..
Teatr tənqidiYeni tamaşa gedir səhnəmizdə, çox gözəl,Məqaləsi yazılıb əsərdən xeyli əvvəl: