Yeni tamaşa gedir səhnəmizdə, çox gözəl,Məqaləsi yazılıb əsərdən xeyli əvvəl:“Əsər müəllifinin sənətinə söz olmaz,Qüdrətinə söz olmaz.Bədgüman Bədgümanov layiqdir alqışlara,Şöhrəti rast gəlməsin payızlara, qışlara.Əsərinin nöqsanı nöqsansızlıqdır ancaq,Bu işin öhdəsindən yaxşı gəlibdir qoçaq.Rejissorun, artistin, rəssamın, bəstəkarınHünəri şübhəsiz ki, sənətin zirvəsidir.Bu əsər timsalıdır səhnəmizdə baharın,Təkcə bu günün deyil, gələcəyin səsidir”.Yaratsa da bəşərçin bir xeyli ölməz əsər,Belə tərif görməyib nə Şekspir, nə Cəfər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring