Gecə-gündüz sənətim yazmaqdır ancaq mənim,Qəlbim söz dəryasıdır, taleyimə bax mənim,Mənim istedadımı gözü götürməyənlər,Şöhrətimi, adımı gözü götürməyənlər.Deyirlər: “Kitab oxu, gözün açılsın bir az,Yoxsa quru havadan adam yazıçı olmaz”.Bu öyüdlər əbəsdir, qüdrətimi bilənlər,Dostlarımın yanında şöhrətimi bilənlər.Mənə tənə daşları yağdırmasınlar gərək,Həsəd, fitnə daşları yağdırmasınlar gərək.Mənə gərək deyildir mənasız məsləhətlər,Mən özümdə görürəm min-min gözəl cəhətlər,Niyə əzablar çəkim, niyə batım qan-tərə,Niyə qızıl vaxtımı itirim nahaq yerə.Hey yazıram özümçün, qar olsun, çovğun olsun,Çalışıram əsərim özümdən yoğun olsun.Özgənin kitabında niyə vaxt itirim mən,Niyə ədəbiyyata oğurluq gətirim mən.Onu, bunu oxusam – itər xüsusiyyətim,Dəyişər xasiyyətim.Hərəsi bir put gələn əsərim varkən mənim,Niyə sənətkarlığı özgələrdən öyrənim.Qoy məndən öyrənsinlər iti yazmaq sirrini,Özgəyə yox, özünə qulaq asmaq sirrini,Mən korlaya bilmərəm kitablarla zehnimi,Aparmayın öyüdlə bir daha baş-beynimi.Ey vaxtında deyilən düz sözə qol qoymayan,Öz sözündən doymayan, öz-özündən doymayan.Sənə yaxşılıq etmək, söz anlatmaq çətindir.Bu sənin dəyişməyən köhnə xasiyyətindir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire