Əcaib əsər
Əsər var ki, bilmirsən nə ad verəsən ona,Oxumaq mümkün deyil, min yol varaqlasan da.Müəllif desin görək, kitab aşiqlərinəNiyə rəhmi gəlməyib bu əsəri yazanda?!Yazır, yazır, hey yazır, kitab kitab dalınca,Nəşriyyat gələ bilmir nəşrinin öhdəsindən.Geniş, nəhəng, təpərli bir mətbəə açmağıMüəllifə ürəkdən məsləhət görürəm mən.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-ecaib-eser
Use ← → keys to move, R for a random poem
More by this author
Hər kəs öz xeyrini güdsə dünyadaArada, əlbəttə, məhəbbət olmaz.
Duz-çörəyi itirmə!İnsanın şərəfi, bəzəyi məncə,İnan, nə ipəkdir, nə tirmə, oğlum!
Nəsillər görmüşəmGəzmişəm dünyamızı, dost, qardaş ellər görmüşəm,Vaxt olub dəhşətli yellər, qanlı sellər görmüşəm.
Heç olmazsa...Səhv edir – kim desə dünyamıza mehman kimi ol,Gəl, oğul, gəl bu vətən mülkünə bağban kimi ol.
Poems by other poets · Satire
Sən özün bir sənəlik dövrünü bayram elədin,Qoyduğun bid’ətə ancaq bizi bədnam elədin.
ArzuYa rəbbi, qıl zəmanədə viranə məktəbi,Etmə nəsib bircə müsəlmanə məktəbi!
“Üxüvvət” məktəbiNə oldu, Şirvan əhli bəs –Mədrəseyi – “Üxüvvət”in?
Bir mühərrir ki, cybü nöqsanıBir mürərrİr kİ, eybü nöqsamYazdığı cümləde pədid olsun,