Gəzmişəm dünyamızı, dost, qardaş ellər görmüşəm,Vaxt olub dəhşətli yellər, qanlı sellər görmüşəm.Gah baharım qış olub, gah sərt qışım bir ilk bahar,Varlığı məna dolu, sansız fəsillər görmüşəm.

Ömrümün dar günlərindən başqa şəksiz, şübhəsizYaxşı günlər, yaxşı aylar, yaxşı illər görmüşəm.Büdrəyərkən ən çətin yollarda mən, qardaş kimiƏllərimdən bərk tutan şəfqətli əllər görmüşəm.Mən Süleyman Rüstəməm, xoşbəxtlərin xoşbəxtiyəm,Andına sadiq, vətənpərvər nəsillər görmüşəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring