Nə oldu, Şirvan əhli bəs –Mədrəseyi – “Üxüvvət”in?Yoxsa gözə gətirdilərTezbazar oldu hümmətin?Çatdı ya ki, uşaqların,Künhünə elmü sənətin?Yaxşı ki, qorxub az yedin,Toxluq edər təbiətin.

Yoxsa axund-əfəndilərMədrəsəni qapatdılar?Qüsl verib, hünut edibQəbr içinə uzatdılar,Zorba, yekə qayalarıÜstünə yumbalatdılar,Ciblərinə ziyan idi –Ya rüəsayi-millətin?

Mədrəsənin dəyişdirib –Adın məktəb adladınız.Təcrübəli müəllimi“Təzəcə məzhəb” adladınız.Doğru deyən yazıqları“Babi məzhəb” adladınız.Qoyduz “Üxüvvət” adını –Təfriqənin, ədavətin.

Mən demədimmi bir beləBoş-boşuna yalan demə,Üstü açılsa eyibdir,Pərt olusan utan, demə.Aləmi cahil adlama,Qanmayana qanan demə.İndi de sabit oldumuÖz-özünə cəhalətin?Zurna çalındı, köçdü el,Sən yuxudan oyanmadın.Düşmənə bavər etmədin,Dost sözünə inanmadın.Şairi kafər eylədin,Hər nə dedisə qanmadın.Söylə görüm ki, kimdədir –Ən böyüyü qəbahətin?

Çəkdi kənara mollalar,Hər kəsən öz yaxasını.Mərsiyəxan, mürid, sofiTazələdi çuxasını.Şiryə, qumara sərf edirPullular öz səxasını.Kim qalacaq, deyiz görüm,Dərdinə bəs cəmaətin?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire