Sabir, ey şairi-dühapərvər.Eylədin ərşi-kibriyayə səfər,Can kimi sevdiyin yazıq millət.Hələ səndən umardı çox xidmət,Təngnayi-cahanı tərk etdin.Əndəlibim, nə tez susub getdin?!Müqtədir, binəzir şair idin,Hər bəla gəlsə idi sabir idin.Yoxsa səbrin tükəndimi, Sabir!Bizə könlün gücəndimi, Sabir!Dəmbədəm qəm çəkər ikən ruhin,Dözmədi yoxsa qəlbi-məcruhin?Millətin dərdi ilə qəmləndin,Bulmadınmı dəva, vərəmləndin?Keçdi ömrün əzabü zəhmət ilə,Min mərarətlə, min məşəqqət ilə.Əbəda görmədin cahanda rifah,Uf... sənə rəhmət eyləsin Allah!Firqətindən yanar cahanilər,Səni alqışlar asimanilər.Səndən əqdəm bu yerdə bəzmi-süxən –Gülxən idi, nəinki bir gülşən,Ona sən verdin abü rəngü həyat.Rəşki-xüld oldu aləmi-əbyat,Yeni bir şivə ixtiyar etdin,Ədəbiyyatı növbahar etdin.Yağdırıb zülmə, cəhlə bariqələr,Göstərirdin bəyanda xariqələr.Gözümüzdən üzün nihan oldu,Gülşəni-şövqimiz xəzan oldu.Ağladıb, güldürürdün insanı,Ağladır mövtin əhli-vicdanı.Sabirim! Get, müqimi-rizvan ol!Vəli ordan bizə nigahban ol!Etmə nisyan sevimli millətini,Eylə ikmal o yerdə xidmətini.Dərgəhi-həqqə iltica eylə!Bizə imdad üçün rica eylə!Şafi olsun sənə rəsuli-ənam,Sən dua eylə yatmasın islam.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets