Bəsdi daha “Kəlniyət”,Yazma Belə yazını,Etmə məzəmmət nahaq,Rozəxanı, qazını.Çəkmirsə millət əgərBu firqənin nazınıBəs de görüm bunlarınKim azdırır vazını?

Min ayə tövciyə qılBundan sora qanmaram,Vəz, nəsihət nə qədər –Etsən də aldanmaram.Nə şeyxə, nə arifəHeç vaxt tovlanmaram.Hər kəsə gəlsən də gəl,Gəlmə mənə bazini.

İnan ki, zəhləm gedirQəzetdən, jurnaldan.Gəl bir qədər bəhs edək,Zülfü xətü xaldan.Çəkmə bu millət qəmin,Danış bar az haldan.Unut canım, “Kəlniyət”, –Müstəqbəli, mazini.Bu dünyada nə gördük,Ta çalışaq, sağ qalaq?Qalsaq da pəkraq odurKor, şil ya axsaq qalaq.Qəm çəkmə, vur podnosu,Götür müxəmməs çalaq.Çağır Tatvos kirvəniDe, kökləsin sazını.Mən dadmışam cahanınÇox təlxü şirinini.Müsəlmanlar itirmişİslamını, dinini.Ariflərin anlayarMillət də təlqinini,Hər vaxt ölü eşitsəMollanın avazını.

Hiyləgər dövranı görXalqı ipdə oynadar.Milçəyə bax, milçəyəXortumuyla fil udar,Gör necə zəmanədirRindi zahid aldadar.Ruzigarə baxginənDovşan tutur tazını.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire