Naseh
Naseh, ey nüsxeyi-kübrayi-kamal:Naseh, ey gövhəri-dəryayi-kamal!Lütf ilə bizləri şad etmişdiz.Sabiri, bəndəni yad etmişdiz.Oldu məktubi-şərifiz vasil –Dəsti-şükranımıza, əlhasil.Oxuduq cümlə nəsihətlərizi,O gözəl, dadlı məzəmmətlərizi.Buyurursuz ki, uyub dünyayə,Şeri əldə elədiz sərmayə.Şair olmaqda ikən sizlərə nam,Kəsb üçün məktəbə etdiz iqdam.Şair azadə gərək, azadə,Laübali dolana dünyadə.Yaza vəsfi-ruxi-yarü xətü xal,Oxuyanlar ola ta kim, xoşhal.Sizlər azadə ikən olduz əsir,Şüəra rəsmini etdiz təğyir,Əhli-hal ikən olub maili-qal,Olmusuz həmdəmi-cəmi-ətfal.Doğrudur, sözləriniz, can Naseh,Ey hünərməndi-süxəndan, Naseh!İltifat etsəniz, ey alicənab,Verərəm mən də cəsarətlə cavab:Bu zaman siz buyuran köhnə üsul –Eyibdir, eyib deyildir məqbul.Çünki indi dəyişib vəzi-cahan.Başqadır, başqa təqazayi-zaman,Varsa təlimə bizim rəğbətimiz,Biləsiz kəsb deyil niyyətimiz.Biz pula, dövlətə mail deyiliz,Rəsmi-dirinə də qail deyiliz.Fikrimiz tərbiyeyi-millətdir,Qəsdimiz millətə bir xidmətdir.Siz bələdsiz ki, bizim şəhrimizə.Bu da məlumdur, əlbəttə sizə:Millətin beş sənə bundan əqdəm.Yüz nəfərdən biri tutmazdı qələm.Yaza bilməzdi lədüniyyatın,Dəhrdən duyduğu hissiyyatın,Kim ki, yazsaydı, beş-on sətr sözü,Gərək ardınca gedəydi həm özü.Yazdığın ta oxuyub andırsın,Mətləbin başqasına qandırsın.Leyk bir bax ki, bu gün Şirvanda,Gör necə əhli-qələm var onda?Hər biri şərh edər öz əfkarın,Nəşr edər aləm ara asarın.Müqtədirdirlər o növi ki, tamamBəyənir yazdığını xasü əvam.Elə kamilləri var bir payə,Yaraşır qibtə edə həmsayə.Bu bizim qeyrətimizdəndir, əvət,Bu bizim himmətimizdəndir, əvət.Bir də hərgah ki, sizə gəlsə bəndBizim əşardakı səbki-cədid.Həm o babətdə də biz məzuruq,Çünki biz tərbiyəyə məmuruq.Narəva adət olub bundan əzəl,Şüəra cümləsi yazmış da qəzəl.Nə qədər olsa da şirin məzmun,Nə qədər olsa da ecaznümun,Elm, əxlaqi ki, haiz olamaz,Bizcə heç vəchlə caiz olamaz,Bu sözümdən o deyil qəsdü murad –Ki, həqarətlə edəm mazini yad.Haşalillah toxunam əslafə,Gər toxunsam, toxunar insafə.O imiş xahişi ol avanın.Şair ayinəsidir dövranın.Çün budur lazımeyi-istibdad,İşrətə, qəflətə uysun əfrad.Müstəbidlər yaşamaqçın rahət,Şairi əldə ediblər alət.Bəxş edib şairə ənamü səlat,Rahət etmiş bu da imrari-həyat,Gecələr məst, günüz dürdi-xumar.Yatmışı yatmış edərmi bidar?!Mədhü tövsifü qəsaid yazmış,Qəzəliyyatü fəraid yazmış.Nəzm edib ləhvü ləəb, həzliyyat,Dürlü əxlaqı pozan həcviyyat,Xalqı əfsanəyə işğal etmiş,Bir böyük milləti iğfal etmiş.Harda bir dahi olubsa peyda,Müstəbidə edərək istiğna,Xalqın iyqazına dair bir əsər –Yazmış isə, qazanıb nifrətlər.Sonra təkfir eləmiş alimlər.Öldürüb, həbs eləmiş hakimlər,Bu səbəbdən neçə yüz milyon qövmOlmuşuq cəhl ilə müstəğrəqi-novm.Qalmışıq çox geri hər millətdən,Bixəbər elmlə həm sənətdən.Deyərik qonşuya etdikdə nigah:– Bizi, haşa, belə istər Allah!Deyil ismimə müvafiq bu kəlam,Buyurulmuş: “Ucalansın islam!”Nə ki olsun bu səyaq xarü zəlil,Cahilü acizü möhtacü səfil.Hər müsəlman görə bu halı müdam,Ona laqeydlik olmazmı həram?Borcumuz indi nədir, eylə bəyan?Etməyəkmi yenə yoxsa həyəcan?Yazalımmı yenə də rindanə?Duralımmı bu qəmə biganə?Yox, gərək biz gecə-gündüz çalışaq,Dürlü-dürlü zəhəmata alışaq.Qorxmayar rəncü üqubətlərdən,Qurtaraq bəlkə bu zillətlərdən.
Kitabxana.az · https://kitabxana.az/en/works/sehhet-naseh
Use ← → keys to move, R for a random poem
More by this author
Var idi heç olmasa Şirvanda beş-üç il qabaqMəscidin cünbündə tək bir əhli-sünni məktəbi.
Teleqraf müxbiri şərm eyləməyirTelqraf müxbiri şərm eyləməyir,Döndərib aslana balkanlıları.
Bölgü-bölgü olmuş bu gün TürkiyəBölgü-bölgü olmuş bu gün Türkiyə:Bir dəstəsi məşrutiyyət istəyir.
Ata çıxan ağacı oğlu budaq-budaq gəzərDünən gecə bikar qaldığıma görə durdum ayağa, bayır-bucaq pal-tarımı geyib başımı bulaya-bulaya qətiteyyi-mənzil edib getdim yetişdim
Poems by other poets
Yenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
QalmasınAləmləri babət-babət yaradanNə qaldı ki qul başına gəlməsin
Bizə divanəlik nə zülfdən, nə şanələrdəndirBizə divanəlik nə zülfdən, nə şanələrdəndir,Bu rəsmiyyət bizə bizdən qədim divanələrdəndir!